Mojo.az Banner
14:33 Dayanacaqda park edən BMW sürücüsü CƏZALANDIRILDI  |     14:22 Bakıda "moyka" işçisi maşını qaçırdı: İLGİNC BƏHANƏ GƏTİRDİ  |     14:00 Bakıda 29 yaşlı oğlan HOTELDƏ ÖLDÜ  |     14:00 Cocuq Mərcanlı kəndi yaxınlığında YANĞIN - Hadisə yerindən Video  |     13:57 Qafar Abdullayevin HƏBS MÜDDƏTİ UZADILDI  |     13:54 Sumqayıt sakinlərinə ŞAD XƏBƏR: Yeni avtobus reysi açılır - QİYMƏTLƏR  |     13:52 İlhamə Quliyevanın bacısı qızı həbsdən buraxıldı - FOTO  |     13:49 Vəzifəli şəxsin ölkədən çıxışına məhdudiyyət qoyuldu  |     13:46 Gürcüstan Azərbaycandan Ermənistana neft tranziti üçün simvolik tarif müəyyən edib  |     13:31 "Koti" ləqəbli tiktoter HƏBS EDİLDİ  |     13:30 Azərbaycan nefti ucuzlaşıb  |     13:29 Rusiyalı mütəxəssisdən ciddi xəbərdarlıq: "Saxta ətirlərdən uzaq durun"  |     13:28 "WhatsApp"da YENİ FUNKSİYA  |     13:26 Ev almaq, yoxsa pulu banka qoyub kirayədə qalmaq daha sərfəlidir? - Video  |     13:24 Tonlarla su israf olunur: Paytaxtda 50 qəpiklik avtoyuma xidmətləri araşdırıldı - Video  |     13:23 Ukraynada prezident və parlament seçkisinin təxmini tarixi açıqlandı  |     13:21 126 min manat ödədilər, nə ev var, nə də pul - Video  |     13:16 Narkotikin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququndan MƏHRUM EDİLDİ  |     13:08 Bakıda 13 yaşlı qızla cinsi əlaqədə olan şəxs HƏBS OLUNDU  |     23:00 İranın yol və şəhərsalma naziri Azərbaycana gəlir  |    
Left Banner
Right Banner

Ödənişli yolda yenilik: Balansı mobil tətbiq vasitəsilə artırmaq mümkün olacaq

11.08.2025 15:24 510
Ödənişli yolda yenilik: Balansı mobil tətbiq vasitəsilə artırmaq mümkün olacaq
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda istifadəçilərin rahatlığını təmin etmək məqsədilə daha bir yenilik tətbiq olunacaq. Yeni layihənin icrası sürücülərə yoldan istifadə zamanı nağd ödəniş etmək imkanı yaradacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 20 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Mirqiyas Kazımov AZƏRTAC-a bildirib ki, hazırda avtomobil yolundan sürətli keçid kartları vasitəsilə (TEQ) və məntəqədə nağdsız ödəniş etməklə istifadə etmək mümkündür.

"Ödənişli avtomobil yolunda istifadəçilər üçün yaxın gələcəkdə daha bir yeniliyin tətbiqi nəzərdə tutulub. Bildiyiniz kimi, əvvəllər yoldan yalnız nağdsız ödəniş etməklə istifadə etmək mümkün idi. 2024-cü ilin sonlarından başlayaraq sürətli keçid kartı da tətbiq olundu. TEQ əldə edən sürücülərin əlavə vaxt itirmədən yola xüsusi zolaqlardan giriş imkanı var. Tətbiq olunacaq yeni layihə istifadəçilərin ödəniş imkanlarını artıracaq. Layihəyə əsasən, keçid zolaqlarında yeni terminallar quraşdırılacaq. Vətəndaş yola giriş zamanı avtomobildən düşmədən zolaqda quraşdırılmış terminala yaxınlaşaraq xüsusi kart əldə edəcək. Çıxış nöqtəsində isə həmin kartı yenidən terminala daxil etdikdə ödənişin məbləği görünəcək. Bundan sonra istifadəçiyə həm nağd, həm də nağdsız ödəniş etmək üçün seçim imkanı veriləcək. Nağd ödənişi seçən sürücü vəsaiti birbaşa terminala daxil etməklə yoldan istifadə haqqını ödəyə biləcək. Yeni layihə ilə bağlı AAYDA-nın rəhbərliyi ödənişli yolun başlanğıc nöqtəsi - Yaşma keçid məntəqəsində olub, layihənin qısa müddətdə icra edilərək fəaliyyətə başlaması ilə bağlı tapşırıq verilib", - deyə Mirqiyas Kazımov söyləyib.

Ödənişli yoldan sürətli keçid kartları (TEQ) vasitəsilə istifadə edənlər üçün də yenilik var. Bundan sonra kartların balansını "BirBank" mobil bank tətbiqi vasitəsilə də artırmaq olacaq.

"Sürətli keçid kartının balansını satış məntəqəsində və ya onlayn şəkildə www.odenisliyol.az rəsmi internet səhifəsinə daxil olmaqla artırmaq olar. Yaxın gələcəkdə isə "BirBank" bank tətbiqi vasitəsilə də TEQ balansını artırmaq olacaq. Vətəndaş tətbiqdə müvafiq ödəniş bölməsini seçərək, şəxsiyyət vəsiqəsinin FİN kodunu və avtomobilinin nömrəsini əlavə etməklə TEQ balansına vəsait köçürə biləcək", - deyə Mirqiyas Kazımov bildirib.

Sürətli keçid kartını almaq üçün vətəndaş şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməlidir. Kartın qiyməti 5.90 (ƏDV daxil) manatdır. Sürücülər kartları Yaşma, Giləzi, Siyəzən, Gəndov, Quba, SDK (Xudat) ödəniş-keçid məntəqələrindən əldə edə bilərlər. Bundan başqa, Bakı şəhəri üzrə 2, 5, 6, 7 saylı, Sumqayıt şəhəri 2 saylı və Quba "ASAN xidmət" mərkəzlərindən də sürətli keçid kartlarını almaq mümkündür. Kartları əldə etmək üçün cəmi bir neçə dəqiqə vaxt sərf olunur.

Sürətli keçid kartının istifadəsi zamanı yaranan çətinlik və ya kart zədələndiyi halda satış məntəqələrinə, yaxud da aidiyyəti ofislərə yaxınlaşmaq lazımdır.

Bundan başqa, istifadəçilər onları maraqlandıran məsələlərlə bağlı *1009 nömrəli "Qaynar xətt"ə zəng etməklə və ya "WhatsApp"da (+994) 50 286-42-29 nömrəsinə yazılı, səsli mesaj göndərərək müraciət edə bilərlər. Həmçinin www.odenisliyol.az rəsmi internet səhifəsi üzərindən və ya info@tollroad.az imeyl ünvanına elektron məktubla müraciət etmək də mümkündür.скачать dle 11.3
Mojo.az Banner