Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni inşa edilən magistral yoldan istifadəyə görə ödənişlər necə həyata keçiriləcək? - AÇIQLAMA

21.10.2023 14:06 2 286
Yeni inşa edilən magistral yoldan istifadəyə görə ödənişlər necə həyata keçiriləcək? - AÇIQLAMA
“Hacı Zeynalabdin qəsəbəsindən başlayaraq yeni inşa edilən ödənişli avtomobil yolunun ümumi uzunluğu 150 km-dir. Bu yol 1-ci texniki dərəcəyə uyğun olaraq inşa edilib və dörd hərəkət zolaqlıdır”.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bu gün ödənişli avtomobil yolu ilə bağlı medianın suallarını cavablandırarkən deyib.

O bildirib ki, bu yolun tam olaraq ödənişli olması nəzərdə tutulub:

“Artıq bu istiqamətdə işlər həyata keçirilib. Bildiyiniz kimi 150 km-lik yolun 129 km-lik hissəsi ödənişli olacaq. Hazırda ödəniş tarifləri yeni müəyyənləşdiyi üçün həmin tariflərin sistemə inteqrasiya prosesi aparılır. Proqram təminatı tam təmin edildikdən sonra test olunacaq. Test müddəti başa çatdıqdan sonra avtomobil yolu tam olaraq ümumi istifadəyə veriləcək”.

A.Nəcəfli ödənişlərin hansı formada həyata keçiriləcəyi barədə də danışıb:

“Bu yoldan istifadəyə görə ödənişlər xüsusi çip yerləşdirilmiş kartlar vasitəsilə həyata keçiriləcək. Həmin kartları giriş və çıxışlarda qoyulan ödəniş məntəqələrindən əldə etmək mümkün olacaq. Yaxın gələcəkdə isə bu kartları şəhər və qəsəbələrdə müxtəlif satış məntəqələrindən də əldə etmək mümkün olacaq”.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner