Mojo.az Banner
14:27 Lahorda azərbaycanlı qadının zorakılığa məruz qalması ilə bağlı AÇIQLAMA  |     12:53 Quba-Xınalıq yolunda sürüşmə olub, hərəkət dayanıb  |     12:30 Bakıda içməli su xəttində qəza - Əraziyə texnika cəlb edildi  |     12:29 Xaricdən Azərbaycana gələn yük maşını qəzaya uğradı: Xəsarət alanlar var  |     12:27 Azərbaycanda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanalıq oldu  |     12:24 Bərdədə 26 yaşlı kişi qətlə yetirildi  |     12:12 Fransada kütləvi iğtişaşlar: Yüzlərlə şagird həbs olundu  |     11:49 Azərbaycan nefti ucuzlaşdı  |     11:47 Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |     11:38 Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular  |     11:37 Netanyahudan XƏBƏRDARLIQ: "Seçki ərəfəsində İsrailə hücum cəhdləri ola bilər"  |     11:34 Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı  |     11:18 Elektrik avtomobilləri servislərə niyə az müraciət edir? – Açıqlama  |     11:14 Kürdəmirdə DƏHŞƏT: Eyni kənddə iki nəfəri ildırım vurub öldürdü - VİDEO (Yenilənib)  |     11:00 Bakıda 62 yaşlı kişi parkda öldü  |     23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |    
Mojo.az Avto
Mojo.az Avto

Bürclər insan həyatına necə təsir edir? – Alimdən ŞOK AÇIQLAMA

03.06.2024 21:53 1 359
Bürclər insan həyatına necə təsir edir? – Alimdən ŞOK AÇIQLAMA
Rəsmi elm uzun müddət astrologiyanı şarlatanlıq hesab etsə də, bunu təsdiqləmək üçün çox az real elmi araşdırma aparılıb. Yəqin ki, əksər alimlər üçün bu mövzu qeyri-ciddi və diqqətə layiq görünmür.

Median.Az
lent.az-a istinadən xəbər verir ki, Kemyona Universitetinin (Cənubi Koreya) alimi Mohsen Coşanlu öz tədqiqatını aparmaq qərarına gəlib və astrologiyanın tamamilə əsassız olduğuna dair yeni dəlillər tapıb.

Nəticələrin daha inandırıcı görünməsi üçün tədqiqatçı 12.791 iştirakçıdan çox əhəmiyyətli nümunə götürüb və bürclərin həyatlarına təsirinin nə qədər böyük olduğunu sınayıb.

Coşanlu iştirakçıları ümumi xoşbəxtlik/bədbəxtlik hissi, depressiya əlamətlərinin olması, psixi gərginliyin səviyyəsi, işdən və maliyyə vəziyyətindən məmnunluq səviyyəsi, həyatda "sönüklük" hissi, sağlamlıq, şəxsi həyatdan məmnunluq, özünü qiymətləndirmə kimi göstəricilər üzrə sınaqdan keçirib. Alim yaşa, cinsə və təhsilə uyğunlaşdırılmış bürcdən asılı olaraq nümunələri müəyyən etməyə çalışıb.

Nəticədə, tədqiqatçı sadalanan 8 göstəricidən 7-də bürc əlamətlərinin insanın özünü hiss etməsinə statistik əhəmiyyətli təsirini tapa bilməyib. Yalnız insanların maddi vəziyyətindən məmnunluq səviyyəsində statistik cəhətdən əhəmiyyətli, lakin hələ də əhəmiyyətsiz bir təsir göstərib.

Alimin fikrincə, onun araşdırması inandırıcı şəkildə sübut edir ki, astrologiya insan rifahını proqnozlaşdıra bilməz. O hesab edir ki, bürclərə əsasən insanın taleyini proqnozlaşdırmaq zər və ya sikkə atmaqla bunu etməklə eynidir.скачать dle 11.3
Mojo.az Banner