Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:41 Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək | 12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA | 12:14 İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat | 12:03 Alyona Əliyeva: "Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!" | 11:59 Göygöldə evdən qadın meyiti tapıldı | 11:51 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Polis şübhəli şəxsi saxladı | 11:38 Azərbaycan nümayəndələri Ermənistana getdilər | 11:36 Azərbaycanda xroniki miyeloid leykoz ən çox bu bölgələrdə qeydə alınır | 11:31 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi | 11:17 ADSEA-nın fəaliyyətində nöqsanlar aşkarlandı | 23:59 "Sabah" "Barselona"ya məğlub oldu | 21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu |
Mojo.az Avto
Mojo.az Avto

Hacıqabul rayonunda 8 səkkiz kəndi birləşdirən avtomobil yolu yenidən qurulub

11.04.2024 14:01 1 791
Hacıqabul rayonunda 8 səkkiz kəndi birləşdirən avtomobil yolu yenidən qurulub
Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolu yenidən qurulub.

Bu barədə “Report”un Aran bürosuna 20 nömrəli yol-istismar idarəsinin baş mühəndisi Əlnaib Kərimov bildirib.

Ə. Kərimovun sözlərinə görə, sözügedən avtomobil yolu iki ilə yaxındır, bərbad vəziyyətə düşüb. Nəticədə sakinlər yolsuzluqdan əziyyət çəkir, gedəcəkləri ünvana vaxtında çata bilmirdilər. Ölkə başçısının sərəncamı əsasında yolun inşasına başlamaqla, əhalini narahat edən bu problemə son qoyuldu:

“Yol öz başlanğıcını Bakı-Ələt-Qazax-Gürcüstanla Dövlət sərhədi avtomobil yolunun 132-ci kilometrindən götürür. Uzunluğu uzunluğu 39 kilometr olan yol 8 yaşayış məntəqəsini birləşdirir. Yolun 22-ci kilometrində Pirsaat çayı üzərində üçaşırımlı 72 paqonometr uzunluğunda körpü tikilib”.

Baş mühəndisin sözlərinə görə, yol 4-cü texniki dərəcəyə uyğun inşa edilib. Yolun hərəkət hissəsinin eni 6 metr, torpaq hissəsi ilə birlikdə isə 10 metrdir. 12500 sakinə xidmət edən, iki zolaqdan ibarət yolda müvafiq yol nişanları quraşdırılıb, suötürücü qurğular tikilib. Qeyd olunan yaşayış məntəqələrinin sakinləri bundan sonra yoldan rahatlıqla istifadə edəcək, kənd təsərrüfatı məhsullarının daşınmasında problemlə qarşılaşmayacaqlar.

Bölgələrimizdə infrastrukturun təkmilləşdirilməsinə istiqamətlənmiş bütün bu işlər Prezident İlham Əliyevin ölkənin kompleks inkişafını müntəzəm diqqətdə saxlamasının daha bir mühüm göstəricisidir. Təsadüfi deyil ki, dövlət başçısı həm işğaldan azad olunmuş ərazilərə, həm də ölkənin digər regionlarına daim səfərlər edir, yerlərdə zəruri infrastruktur layihələrinin icrasına dair müvafiq sərəncamlar imzalayır.

Son xəbərlər