Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:31 Jalə Məmmədova və Kəmalə Əliyevaya vəzifə verildi | 14:32 İlham Əliyev İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul edib | 14:30 Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir? | 14:28 Erməni əsirliyindən qaçan qazi vəfat etdi | 14:26 Əlilliyin qiymətləndirilməsində yeni qayda: Bir tələb ləğv edildi | 13:48 İlham Əliyevdən Asif Əsgərovla bağlı sərəncam | 13:47 Bakının 9 prospekt və küçəsinin kəsişməsində yenilik | 13:45 Sərxoş halda maşın sürüb arvadının ölümünə səbəb oldu - Təfərrüat | 13:43 Bakının bu rayonunda mənzillər bahalaşır – Ucuz evlərin sirri nədir? | 13:41 Avtomobili qışda uzun müddət saxlamaq üçün hansı qaydalara əməl etmək lazımdır? | 13:39 Ən təhlükəli elektron siqaret dadları müəyyən edilib | 13:37 Bakıda qarajlar rekord həddə bahalaşdı | 13:34 Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti nə vaxt çap olunacaq? | 13:29 Ticarət əlavəsinə limit bahalaşmanın qarşısını ala bilər? | 13:24 Bakıda yaşayış binalarının yaxınlığında yerləşən göl qurumağa başlayıb | 13:17 Alyona Əliyeva "İki dünya arasında" adlı fərdi sərgidən paylaşım edib | 13:12 Ramiz Mehdiyev və ailəsi Əli Kərimlinin məhkəməsinə çağırıldılar | 13:04 Qızıl ucuzlaşsa da, zinət əşyaları niyə əvvəlki qiymətə satılır? – AÇIQLAMA | 13:01 İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" | 12:52 Ermənistanın yeni konstitusiya layihəsi dərc olundu: Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı |
Mojo.az Avto
Mojo.az Avto

Sankt-Peterburqda Üzeyir Hacıbəyovun abidəsi ucaldılacaq

02.04.2024 22:40 2 067
Sankt-Peterburqda Üzeyir Hacıbəyovun abidəsi ucaldılacaq
Azərbaycan operasının banisi və Azərbaycan himninin müəllifi Üzeyir Hacıbəyovun abidəsi bəstəkarın 20-ci əsrin əvvəllərində təhsil aldığı Sankt-Peterburq şəhərində ucaldılacaq.

Şəhər administrasiyasının mətbuat xidmətinin məlumatına görə, bunu Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Bakıda rəsmi səfərdə olarkən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə deyib.

"Hazırda biz Sankt-Peterburqda görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun abidəsinin qoyulması üzərində işləyirik. Abidənin təntənəli açılışı 2025-ci ilin sentyabrında onun anadan olmasının 140 illiyinə təsadüf edəcək. Bu vaxta qədər biz şəhərin Vıborq rayonundakı Hacıbəyov meydanında da abadlıq işləri aparacağıq”, - qubernator bildirib.

Qeyd edək ki, Ü.Hacıbəyov 1913-cü ildə Sankt-Peterburq Konservatoriyasında təhsil alır. Sankt-Peterburq dövrü bəstəkarın yaradıcılığında mühüm rol oynayıb. Məhz bu zaman o, "Arşın mal alan” musiqili komediyasını yazıb.

Mənbə: TASS

Son xəbərlər