Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Kürdəmir sakini lombarda qızıl qoyub, iki aydır ala bilmir

02.04.2024 22:19 1 164
Kürdəmir sakini lombarda qızıl qoyub, iki aydır ala bilmir
Kürdəmir sakini lombarda qoyduğu qızılını geri ala bilmir.

Rayonun Yenikənd sakini Xəyalə Ağayeva Qaynarinfo-ya açıqlamasında bildirib ki, lombarddan götürdüyü pulu faizi ilə birlikdə qaytarsa da, qızılını geri ala bilmir:

"4 qrama yaxın qızılı girov qoydum, 160 manat pul götürdüm. Borcu qaytarmağa iki ay möhlətim var idi. Vaxtı çatanda borc götürdüyüm pulu qaytardım, faizini də fevralın 20-nə kimi ödədim. Amma üstündən iki aydan çox vaxt keçir, hələ də qızılımı lombarddan geri ala bilmirəm. Səbəbini soruşanda deyirlər ki, qızıl burada yoxdur, bir neçə günə gətirəcəklər".

Bu qanunvericiliklə necə tənzimlənir? İqtisadçı vəkil Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, məsələ məhkəmə yolu ilə həll oluna bilər:

"Şikayətçi məhkəməyə müraciət etməlidir. Lombard qızılları pul ödənilən günü qaytarmalı idi. Görünən budur ki, həmin lombard da qızılı harasa girov qoyub. Dəfələrlə demişəm, lombard sahəsində biabırçılıqdır, istədiklərini edirlər, dövlət isə bu məsələni tənzimləmir".

Əkrəm Həsənov vurğulayıb ki, uzun illərdir lombardlar haqqında qanun layihəsi gündəmdədir:

"Amma qəbul olunmur. Bildiyimə görə, əvvəlki layihə daha sərt idi, amma indiki qanunun yumşaq olduğunu deyirlər. Mən bilmirəm lombardları kim himayə edir? Onların fəaliyyəti tənzimlənməmiş qalır. Qanunda xeyli boşluqlar var, indiki halda vətəndaşların məhkəmədən başqa yolu yoxdur”.скачать dle 11.3
Mojo.az Banner