İstanbulda İŞİD əməliyyat: 17 şübhəli saxlanıldı
Qaynarinfo Anadolu Agentliyinə istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmada 27 nəfərin terror təşkilatı İŞİD-ə bağlı fəaliyyətlər həyata keçirdiyi müəyyən edilib.
Prokurorluğun həbs qərarı ilə əməliyyat keçirən İstanbul polisi 17 şübhəlini saxlayıb. Digər şübhəlilərin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam edir.