Mojo.az Banner
13:25 Paytaxtda iki marşrutun HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLDİ  |     13:23 Təhsil sistemindəki bu problem 5 ilə aradan qalxacaq – Valideynlərə şad xəbər  |     13:20 Ovuc içi məlumatları oğurlana bilər? — GİZLİ RİSK  |     13:18 Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı  |     12:59 ŞAD XƏBƏR: bu tarixdə maaş və pensiyalar ARTACAQ  |     12:50 Yay bitdi, maşın bazarı canlandı: Qiymətlər isə...  |     12:31 Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti AZALDILDI  |     12:29 Azərbaycanda altı qanun LƏĞV EDİLƏCƏK - SİYAHI  |     12:16 Bank kartlarına məhdudiyyətin əsl səbəbi nədir? — SƏRT AÇIQLAMA  |     21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |    
Mojo.az Avto
Mojo.az Avto

Stoltenberq: “NATO Bakı ilə İrəvan arasında vasitəçi deyil və təkliflər verə bilməz”

20.03.2024 10:52 1 749
Stoltenberq: “NATO Bakı ilə İrəvan arasında vasitəçi deyil və təkliflər verə bilməz”
“NATO Bakı ilə İrəvan arasında vasitəçi deyil və danışıqlar prosesinin bir hissəsi kimi təkliflər verə bilməz”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ermənistanın İctimai Televiziyasına müsahibəsində söyləyib.

“Mən əminəm ki, sülhə nail olmaq olar, bu, realdır, çünki bəzi əsas prinsiplər artıq razılaşdırılıb. Onların arasında hər iki ölkənin ərazi bütövlüyünə hörmət də var”, - Baş katib deyib.

Onun sözlərinə görə, NATO sülhə gətirib çıxara biləcək prinsipləri dəstəkləyir və mövcud fikir ayrılıqlarını həll etmək və aradan qaldırmaq olar.

O, Norveçi misal çəkərək norveçlilərin, isveçlilərin və danimarkalıların əsrlər boyu vuruşduqlarını, lakin bu gün bəzi sərhəd problemlərinin qalmasına baxmayaraq, sülh şəraitində yaşadıqlarını xatırladıb. Burada müstəqil suveren dövlətlər kimi bir-birinə hörmət prinsipi tətbiq edilir.

Alyansın Baş katibi xatırladıb ki, Fransa, Almaniya və Böyük Britaniya da tarixin müxtəlif mərhələlərində savaşıb, ancaq bu gün bu ölkələr sülh şəraitində yaşayırlar.

Stoltenberqin sözlərinə görə, onun İrəvan və Bakıya mesajı ondan ibarətdir ki, hər iki tərəf davamlı sülhə nail olmaq imkanlarını görməlidir.

Xatırladaq ki, NATO-nun Baş katibi regiona səfəri çərçivəsində Bakı, Tbilisi və İrəvanda olub.скачать dle 11.3
Mojo.az Banner