Mojo.az Banner
21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |    
Mojo.az Avto
Mojo.az Avto

Gəncədə sənədsiz fərdi evlərlə əlaqədar problemin həlli mexanizmi açıqlanıb

06.03.2024 12:04 2 028
Gəncədə sənədsiz fərdi evlərlə əlaqədar problemin həlli mexanizmi açıqlanıb
Gəncə şəhərinin genişləndirilməsi ilə bağlı qonşu rayonlardan, o cümlədən Daşkəsən və Göygöl rayonlarından torpaq sahələri Gəncə şəhərinin inzibati ərazisinə daxil edilərkən kənd təsərrüfatı təyinatlı torpaqlarda qeyri-qanuni fərdi evlərin inşa edildiyi müəyyən olunub.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Qeyd edilib ki, Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi torpaq mülkiyyətçilərinin vəsatəti əsasında müvafiq dövlət orqanlarından rəy alındıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.

Gəncə şəhəri ərazisində 2011-2018-ci illərdə inşa edilmiş fərdi yaşayış evləri, o cümlədən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmamasının səbəbi həmin ərazilərin torpaq sahələrinin dövlət mülkiyyətinə aid olmasıdır. Bildirilib ki, bununla əlaqədar, yerli ekspert komissiyaları tərəfindən həmin torpaq sahələrinin ekspertizası keçirilib və tərtib edilmiş siyahı İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə göndərilib. Torpaq sahələrinin mülkiyyət növü və təyinatı dəyişdirildikdən sonra qeyd edilən problem öz həllini tapacaq.скачать dle 11.3
Mojo.az Banner