Mojo.az Banner
17:48 Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-i məhkəməyə verib  |     17:22 Rumıniyalı futbolçu "Neftçi"yə keçidini açıqladı: "Son qərarı mən verəcəyəm"  |     17:06 Şindan qalasında yeni izlər müəyyən edilib  |     17:00 Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb  |     16:58 Binəqədidə baş verən yanğın məhdudlaşdırılıb  |     16:52 AFFA-da vəzifəli şəxslər işdən çıxarıldılar  |     16:46 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ  |     16:28 Rusiya ordusu iki yaşayış məntəqəsini nəzarətə götürüb  |     16:24 "Qarabağ" onları avroliqadan kənarlaşdıran futbolçunu transfer etmək istəyir  |     15:59 Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirildi: Qardaşı tutuldu  |     15:50 Vəkil Elşad Məmmədov saxlanıldı - FOTO  |     15:21 Azərbaycanın dövlət borcu nə qədər olub?  |     14:51 Yeri qəfil maqnit qasırğası bürüdü: Dalğalanma hansı səviyyəyə çatacaq?  |     13:44 Sabah leysan olacaq  |     13:38 Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb  |     13:19 Arvadını öldürən şəxs: "Bizim kinomuz bura qədər idi" deyərək ona çox sayda bıçaq zərbəsi endirdim"  |     13:16 Bakının "Milyonerlər məhəlləsi" adlanan ərazisində yanğın başlayıb - VİDEO  |     13:10 Baş nazirdən Müdafiə Nazirliyinin mülki işçilərinin əməkhaqqıları ilə bağlı QƏRAR  |     12:46 Generalın oğlu vəzifəsindən azad edildi  |     12:41 Lənkəranda narkotik bitkilər yetişdirən 3 nəfər həbs edildi  |    
Left Banner
Right Banner

Rumıniya Rusiyanın Odessaya hücumu ilə bağlı “F-16”ları havaya qaldırıb

10.02.2024 18:06 1 656
Rumıniya Rusiyanın Odessaya hücumu ilə bağlı “F-16”ları havaya qaldırıb
Rumıniya Silahlı Qüvvələri Rusiyanın Ukraynanın Odessa bölgəsində həyata keçirdiyi irimiqyaslı pilotsuz uçuş aparatlarının hücumuna cavab olaraq “F-16” qırıcılarını qaldırıb.

Ölkənin Fövqəladə Hallar üzrə Baş Müfəttişliyi Odessa ilə həmsərhəd Tulça və Qalati əyalətlərində hava həyəcan siqnalı verib.

Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, sakinlər təxminən səhər saat 03:00-a qədər hava bildirişləri alıblar və ikinci həyəcan siqnalı səhər saat 05:00-də verilib və 06:20-yə qədər davam edib. Bundan əlavə, “Fetesti” hərbi aviabazasından “F-16” hərbi təyyarələri “milli hava məkanında axtarış missiyalarını yerinə yetirmək üçün” qaldırılıb.

Müdafiə Nazirliyi bildirib ki, həyəcan siqnalları zamanı Rumıniyanın hava məkanının pozulması halları qeydə alınmasa da, Rusiya Federasiyasının Ukraynanın Dunay limanlarında mülki infrastruktura hücumlarını pisləyir və bu hücumları əsassız və beynəlxalq humanitar hüququn ciddi pozuntusu kimi qəbul edir.

Xatırladaq ki, Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 31 pilotsuz təyyarə ilə hücuma keçdiyini, onlardan 23-nün vurulduğunu bildirib. Odessa və İzmaildə mülki infrastruktura ziyan dəyib.

Mənbə: Unianскачать dle 11.3
Mojo.az Banner