Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlikdə işə düzəltmək adı ilə insanları aldadan şəxsin cəzası azaldıldı

10.01.2024 13:05 1 539
Nazirlikdə işə düzəltmək adı ilə insanları aldadan şəxsin cəzası azaldıldı
Ali Məhkəmədə dələduzluq və rüşvətə təhrik etmədə təqsirləndirilən Ə.Əmişovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Şəki Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib. Belə ki, onun 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il 9 ay 9 günə endirilib.

İttihama görə, Ə.Əmişov 2020-2021-ci illərdə dövlət xidmətlərinin birində çalışarkən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 6 zərərçəkmişə Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək imkanına malik olduğunu yalandan bildirib. O, bu yolla həmin şəxslərin ümumilikdə 39 790 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra zərərçəkmişlərin şikayəti əsasında saxlanılan Ə.Əmişovun barəsində Cinayət Məcəlləsinin dələduzluq və rüşvətə təhrik etmə maddəsi ilə ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner