Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi |
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmə yarım milyonluq dələduzluq edən şəxslə bağlı qərar verdi

14.04.2025 15:19 1 665
Məhkəmə yarım milyonluq dələduzluq edən şəxslə bağlı qərar verdi
Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Rahib Nağdalıyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Bildirilib ki, kassasiya şikayəti geri götürülüb.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, altı il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə təqsirləndirilən şəxsin cəzasını iki ay azaldıb. İttihama görə, Rahib Nağdalıyev 12 nəfər zərərçəkmişə "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesi ilə məşğul olduğunu bildirib. O, həmin şəxslərə biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib. Rahib Nağdalıyev bu yolla zərərçəkmişlərdən 2020-2022-ci illərdə paytaxt ərazisində ümumilikdə 546100 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra o, verdiyi vədə əməl etməyib və zərərçəkmişlərin şikayəti əsasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Son xəbərlər