Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Şuşa və Suqovuşana fərdi avtomobildə​ səfər edəcək​ sürücülərə XƏBƏRDARLIQ

30.12.2023 15:59 1 929
Şuşa və Suqovuşana fərdi avtomobildə​ səfər edəcək​ sürücülərə XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsinin qeyri-iş günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:

"Ötən illərin təcrübəsi deməyə əsas verir ki, ölkəmizdə uzunmüddətli qeyri-iş günlərində əhalinin bölgələrə və paytaxta axını yollarda hərəkət intensivliyinin artmasına bilavasitə təsir göstərir. Lakin təəssüf ki, bir sıra hallarda sürücülərin tələskənliyi, yolda müəyyən edilmiş hərəkət sürətini aşmaları, ötmə və manevretmə qaydalarını pozmaları bu günlərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını da əhəmiyyətli dərəcədə artırır.

Qəzaların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması, hər kəsin mənzil başına sağ-salamat çatması, eləcə də bayramın xoş əhval-ruhiyyədə keçməsi üçün ötən illərdə olduğu kimi dövlət yol polisinin şəxsi heyəti yenə də gücləndirilmiş iş rejimində xidmət aparacaq, küçə və yollarda nəzarət gücləndiriləcək.

Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını, xüsusilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə fərdi minik avtomobilində ilk dəfə səfər edəcək sürücüləri diqqətli olmağa, sükan arxasına yorğun, yuxulu və ya hər hansı dərman preparatlarının təsiri altında əyləşməməyə, yola çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlamağa, yol və hava şəraitini nəzərə almağa, ələlxüsus dağlıq relyefdə təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, özlərinin və doğmalarının həyatını təhlükə qarşısında qoymamaq üçün tövsiyələrə əməl etməyə çağırır".скачать dle 11.3
Mojo.az Banner