Mojo.az Banner
23:04 Xameneinin oğlu ağır yaralandı  |     22:58 Yeni sədr özünə müşavir təyin etdi - FOTO  |     22:51 İran BƏƏ-yə PUA hücumları edir  |     22:45 Yaz Azərbaycana bu tarixdə daxil olacaq  |     22:38 İsrail bu əraziləri VURDU  |     22:26 Bakıda ata və oğlu faciəli şəkildə ÖLDÜ  |     22:20 Tiktokda rəy yazan arvadını döydü  |     22:12 Martın 16-da diqqətçəkən kosmik hadisə gözlənilir  |     22:05 Ötən gün Azərbaycanda axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verilib  |     21:57 Bu şirə qan şəkərini sürətlə artıra bilər - Bir çox insan onu içir  |     21:50 Sırğasını satıb oğlunu işə düzəltmək istədi - Dələduzluğa məruz qaldı  |     21:44 Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib  |     21:33 ABŞ Dövlət Departamenti İranın Azərbaycana qarşı hücumunu pisləyib  |     21:30 Abşeronda itkin düşən kişinin meyiti tapıldı  |     21:05 DMM: "Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə qarşı dezinformasiya və təxribat xarakterli paylaşımlar müşahidə olunur"  |     20:54 Salyanda azyaşlını avtomobil vuraraq öldürüb  |     20:49 Təl-Əviv ərazisində həyəcan siqnalı verildi  |     20:40 Dubayda qızılın qiyməti ucuzlaşdı - SƏBƏB  |     20:31 İsrail Tehranın Mehrabad hava limanında 16 təyyarənin məhv edildiyini açıqlayıb  |     20:24 Serbiya PUA istehsalına başlayır: Prezident Vuçiç tarixi açıqladı  |    
Left Banner
Right Banner

DYP-dən bayram günləri ilə əlaqədar vətəndaşlara MÜRACİƏT

17.07.2021 14:05 1 503
DYP-dən bayram günləri ilə əlaqədar vətəndaşlara MÜRACİƏT
Qarşıdan gələn Qurban bayramı ilə bağlı dörd gün ardıcıl qeyri-iş gününün elan edilməsi şəhər sakinlərinin rayonlara və bölgələrdəki istirahət mərkəzlərinə səfər etmələrinə şərait yaradacaq ki, bununla da avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyinin yüksələcəyi ehtimal olunur.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, son günlərdə nəqliyyat vasitələrinin toqquşması və piyadaların vurulması ilə nəticələnən ağır yol qəzalarının təhlili də deməyə əsas verir ki, yol-nəqliyyat hadisələrinin əsas səbəbi bəzi sürücülərin yollarda sürət həddinə riayət etməmələri, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparmaları, manevretmə qaydalarını kobud şəkildə pozmaları, qarşıdakı nəqliyyat vasitəsilə ara məsafəsini düzgün seçməmələri və ən çox da yuxulu, əzgin, yaxud yorğun halda avtomobil idarə etmələridir.

Qeyd etməliyik ki, piyadaların gecə saatlarında yolu necə gəldi keçmələri, yaxınlaşan nəqliyyat vasitəsi sürücüsünün onu görüb-görməməsinin fərqinə belə varmadan yolun hərəkət hissəsinə çıxaraq hərəkət etmələri bir çox hallarda onların özlərinin həyatı bahasına başa gəlir.

Vətəndaşların mənzil başına sağ-salamat çatması, bayramı xoş əhval-ruhiyyə ilə keçirməsi üçün, Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə diqqət yetirməyi, yolboyu qaydalara ciddi riayət etməyi, sürücülərlə yanaşı sərnişinlərin də təhlükəsizlik kəmərlərini bağlamalarını, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, eləcə də soyuducu sistemi olmayan avtomobillərlə günün nisbətən sərin vaxtlarında yola çıxmağı tövsiyə edir.скачать dle 11.3
Mojo.az Banner