Mojo.az Banner
16:48 İcra hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? - AÇIQLAMA - Video  |     16:45 Narkotik çəkib avtomobil idarə edən sürücü həbs olundu  |     16:18 Havanın temperaturu enəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ  |     14:06 Azərbayсan ət idxalının həcmini yeddi faizə yaxın azaldıb  |     13:39 Fransa səfirliyi Azərbaycanı təbrik etdi  |     13:03 İrəvanda 10 ildən sonra ilk hərbi parad keçirildi  |     12:49 Babək rayonunda qəzada ölən gənc tələbə imiş  |     12:45 Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib  |     12:44 Komitə sədri şöbə müdirini İŞDƏN ÇIXARDI  |     12:41 Səməd Vurğunun "Pobeda"sı illər sonra paytaxt yollarında - Video  |     12:40 Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT  |     12:24 Biləcəridə yol xaosu: "Heç kim bura ikinci dəfə gəlmək istəmir" - Video  |     12:21 Sosial şəbəkələrdə yeni "abituriyent tələsi": Balları artırmaq adı ilə valideynləri necə aldadırlar? - Video  |     12:17 Hindistanda Messinin 21 metrlik heykəli söküləcək  |     12:10 Göyçay sakinini ilan sancıb  |     12:03 Azərbaycanda Müstəqillik Günü qeyd olunur  |     23:15 Paşinyan yeni Konstitusiya ilə bağlı qərarını açıqladı  |     23:03 Ermənistan Rusiyadan qaz və neft sazişlərinin ləğvi ilə bağlı xəbərdarlıq məktubu alıb  |     22:01 Əli Nağıyev MDB-yə üzv dövlətlərin iclasında iştirak edib  |     21:43 Uşaqlar üçün ən faydalı cizgi filmləri BUNLARDIR  |    
Left Banner
Right Banner

Qızılca peyvəndləmə ilə idarə olunan yoluxucu xəstəliklər qrupuna daxildir - Həkim

29.12.2023 22:43 1 326
Qızılca peyvəndləmə ilə idarə olunan yoluxucu xəstəliklər qrupuna daxildir - Həkim
Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun şöbə müdiri Lalə Rüstəmova qızılca ilə bağlı sualları cavablandırıb.

- Lalə xanım, ilk öncə qızılca infeksiyası haqqında məlumat verərdiniz...

- Qızılca hava-damcı yolu ilə ötürülən virus infeksiyasıdır. Qızılca infeksiyasının etioloji amili “Paramyxoviridae” fəsiləsinin Morbilli virus cinsinə aid olan RNT tərkibli virusdur. Virus sferik formada olub, diametri 120-230 nm-dir. Qızılca virusu ətraf mühitdə az davamlı olaraq, 2 saat aktiv qala bilir.
İnfeksiya mənbəyi qızılca ilə xəstə şəxsdir və inkubasiya dövrünün (8-17 gün) 4-cü günündən səpgilərin 4-cü gününə qədər yoluxdurucu olur. Səpgilərin 5-ci günü xəstə artıq yoluxdurucu olmur. Xəstədə 38-40°С hərarət, zökəm, quru öskürək, işıqdan qorxma, baş ağrısı, konyuktivanın qızarması, əsnəyin hiperemiyası, enantema (bərk və yumşaq damaqda qırmızı ləkələr) qeyd olunur.

- Qızılca infeksiyasının yayılmasının qarşısının alınmasında epidemioloji nəzarətin rolu nə dərəcədədir?

- Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son tövsiyələrinə əsasən, hazırda epidemioloji nəzarətin 2 əsas növü qeyd olunur: indikator əsaslı və siqnal hadisələrə əsaslanan epidemioloji nəzarət.
Qızılcanın eliminasiyası dövründə xüsusilə siqnal hadisələrə əsaslanan epidemioloji nəzarətin aparılması və qızılca virusunun popuyasiyada dövr etməsinin aşkar edilməsi çox vacibdir. Eyni zamanda, hər bir ərazidə qızılca hadisələrinin olması barədə bildirişlərin həftəlik toplanması, 48 saat ərzində şübhəli halların tam araşdıdılması, adekvat müayinə olunan halların, laborator müayinə üçün nümunə götürülən, ilk 4 gündə laborator müayinə aparılan halların xüsusi çəkisinin müəyyənləşdirilməsi çox mühümdür.

- Qızılca ilə xəstələnmə hallarının təsdiqlənməsi üçün laborator diaqnostikanın rolu nədən ibarətdir?

- Qızılcanın son diaqnozu laborator təsdiq olduqda, yaxud digər təsdiq olunmuş hal ilə epidemik əlaqə olduqda müəyyən edilir. Qızılca ilə xəstələnmənin azaldılmasında virus izolyatlarının identifikasiyası və onların endogen, yaxud xaricdən gəlmə olduğunun təyin edilməsidir. ÜST-nin ekspertlərinin fikrincə, molekulyar epidemiologiya üsulları qlobal miqyasda qızılca virusunun dövr etməsinin izlənməsində standart alət olmalıdır.

Təcrübə göstərir ki, qızılca virusunun Avropa, Asiya və Amerika ştamlarının dövr etmə arealı dəyişib. Bu günə qədər qızılca virusunun 7 müxtəlif qrup ştamı identifikasiya olunub və hazırda istifadə olunan vaksinlər bütün bu ştamlara qarşı effektivdir.

- Qızılca infeksiyasının eliminasiyası üçün əhalinin peyvənd olunmasının əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Qızılca infeksiyasının eliminasiyası üçün əhalinin qızılcaya qarşı kollektiv immunitetinin vəziyyətinin monitorinqi də mühüm məlumat verir. Vaksinasiya aparıldığına görə, qızılca idarə olunan infeksiyalar qrupuna daxildir. Qızılca infeksiyasına qarşı vaksinasiya dünyanın əksər ölkəsində, o cümlədən də Azərbaycan Respublikasında Milli Peyvəndlər Təqviminə daxildir.

Qızılca peyvəndi 2 dozada vurulur: biri 1 yaşda, digəri isə 4-6 yaş arasında. Qızılca peyvəndinin ilk dozasının qoruyuculuğu 95%-dir. İlk peyvənddən 4 həftə keçibsə, ikinci peyvəndi vurmaq olar. Peyvəndlə yanaşı, üşaqların qorunması da son dərəcə vacibdir. 6 aydan əvvəl uşaqlara peyvənd vurulmur, əgər qızılca kütləvi hal alıbскачать dle 11.3
Mojo.az Banner