Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT

29.09.2026 11:57 186
Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT
Azərbaycanda universitetlərdən birində təhsil alan iki tələbə qız şantaj edilib.

Oxu.Az-ın məlumatına görə, futbol məşqçisi olan Bakı şəhər sakini Faiq Əhmədov (soyad şərtidir) universitetin tələbəsi olan Gülnarla (ad şərtidir) tanış olub və aralarında münasibət yaranıb. Bir müddətdən sonra Faiq Gülnarın rəfiqəsi olan Xəyalə (ad şərtidir) ilə də tanış olub. Məlum olub ki, Xəyalə Coşqun adlı şəxslə sevgilidir. Bir gün adıçəkilən məşqçi universitetinin yaxınlığındakı stadionda futbol oynayarkən Xəyalənin sevgilisi Coşqunla dalaşdığını və huşunu itirdiyini müşahidə edib. Coşqunun onu yardım etmək məqsədi ilə qucağına götürərək yaxınlıqdakı tibb məntəqəsinə apardığını görüb.

Bir neçə gündən sonra Faiq Xəyalə ilə görüşərək, guya Coşqunun onu qucağına götürdüyü vaxt universitet tələbələri tərəfindən videoya çəkildiyini və videonun yayıldığını bildirib. Faiq bunu bəhanə edərək tələbə qızdan videoların silinməsi üçün pul tələb edib. O, bu məqsədlə Xəyalədən ayrı-ayrı vaxtlarda iki dəfə 500, daha sonra 800, 200 və 100 manat olmaqla ümumilikdə 2100 manat alıb. Bununla sakitləşməyən Faiq Xəyaləni yaşadığı mənzilə çağırıb və ona təcavüz edib, tələbə xanımla bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Faiq daha sonra Gülnardan da 900 manat və notbuk alıb, qaytarmayıb.

Tələbələrin şikayəti əsasında araşdırmalara başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Faiq Əhmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmədə faktlar sübuta yetirilib və təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Əhmədov 11 il azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner