Mojo.az Banner
23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?

29.09.2026 11:47 402
Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?
Əhalinin istehlak xərclərinin formalaşmasında bank kreditlərinin və digər maliyyə alətlərinin də müəyyən rolu var.
Kreditlərə çıxış imkanlarının genişlənməsi və borclanma şərtlərinin dəyişməsi əhalinin xüsusilə iri həcmli alışlara olan tələbatını artıra bilər. Tələbin yüksəlməsi isə mənzil, avtomobil, məişət texnikası və digər istehlak bazarlarında qiymət dinamikasına təsir göstərən amillərdən birinə çevrilə bilər. Digər tərəfdən, kredit faizlərinin yüksək olması və borclanma imkanlarının məhdudlaşması istehlakçıların xərclərini azaltmasına səbəb ola bilər. Bu baxımdan kredit əlçatanlığındakı dəyişikliklərin bazarda tələbə və qiymətlərə təsiri xüsusi maraq doğurur.

Tanınmış bank eksperti Emin Kərimov Median.Az-a açıqlamasında bildirib ki, kreditlər əsasən hədəfli və məqsədli olur:

“Xüsusilə mikrokreditlər, biznes kreditləri, avtokreditlər, təhsil və təmir üçün verilən kreditlər konkret təyinatlar üzrə əməliyyatların və proseslərin maliyyələşdirilməsinə yönəldilir. Buna görə də onların inflyasiyanın artmasına və ya azalmasına təsiri cüzi olur. İstehlak kreditlərinin də bu sahədə müəyyən təsiri var. Məsələn, avtomobil, elektrikli avtomobil, mebel və digər nisbətən bahalı məhsulların alınması üçün kreditlərdən istifadə edilir. Bu məhsullar hər kəs üçün əlçatan olmadığından kreditlər onların əldə olunmasını müəyyən qədər asanlaşdırır. Lakin bu məhsullar gündəlik tələbat malları olmadığı və kütləvi şəkildə alınmadığı üçün istehlak kreditlərinin inflyasiya yaratdığını düşünmürəm. Hər kəs avtomobil almır və ya mebelini tez-tez yeniləmir. Eyni vəziyyət təhsil kreditlərinə də aiddir. Məsələn, xaricdə təhsil haqqının ödənilməsi üçün kreditlərdən istifadə edənlərin sayı çox deyil. Bu səbəbdən həmin kreditlərin inflyasiyaya təsiri məhdud olur”.

O qeyd eidb ki, ərzaq, geyim və digər nisbətən ucuz məhsulların alınması üçün kreditlərin verilməsi isə müəyyən canlanma yarada və həmin məhsullara tələbi artıra bilər:

“Lakin gündəlik tələbat malları üzrə kreditləşmə, xüsusilə taksit kartları vasitəsilə maliyyələşmə, nisbətən az həcmdədir. Buna görə də onların inflyasiyaya təsiri böyük olmaya bilər. Ümumiyyətlə, inflyasiyanın yaranması və dəyişməsi bir çox digər amillərlə daha sıx bağlıdır. Kreditlərin müəyyən təsiri olsa da, bu təsir digər amillərlə müqayisədə yüksək səviyyədə deyil və daha çox idarəolunan xarakter daşıyır. Kredit bazarı da əsasən tələb və təklif əsasında formalaşır. Burada ciddi sıçrayışlar olmadığı halda kreditlərin inflyasiyaya təsiri daha çox ayrı-ayrı sahələrlə məhdudlaşa və müəyyən dövrləri əhatə edə bilər. Buna görə də kreditlərin inflyasiyaya ciddi təsir etdiyini düşünmürəm”.

Ayselскачать dle 11.3
Mojo.az Banner