Mojo.az Banner
13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO

29.09.2026 12:06 177
Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO
Əmlak bazarında qiymətlərin yenidən artacağı gözlənilir. Hətta bəzi əmlak növlərində bu, özünü daha qabarıq büruzə verəcək.

Median.Az
"Xəzər" TV-yə istinadən xəbər verir ki, bunu Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib.

Ekspert bildirib ki, kredit imkanlarının genişlənməsi daşınmaz əmlaka tələbi artıra bilər. Tələb yüksələrsə, bu, qiymətlərə də əlavə təzyiq yaradacaq. Xüsusilə torpaq və bünövrədən alınan ev seqmentlərində bunu daha aydın görmək mümkün olacaq.

Sədrin sözlərinə görə, daşınmaz əmlak bazarında qiymətə təsir göstərən amillər çoxdur. Əsas məsələ pulun iqtisadiyyata hansı sürətlə daxil olması, kreditləşmənin genişlənməsi, əhalinin alıcılıq qabiliyyəti və yeni təklifin tələbi nə dərəcədə qarşılamasıdır. Kredit faizləri, ipotekaya tələbat, əhalinin gəlirləri və mənzil bazarındakı təklif də əsas amillər sırasındadır.

Vüqar Oruc əlavə edib ki, bu ilin II rübündə mənzil bazarında qiymətlər illik müqayisədə 8,5 faiz, ilkin mənzil bazarında isə 11 faiz artıb. Yəni bazarda qiymət artımı artıq mövcuddur və şərtlərin yumşalması bu tendensiyanı əlavə olaraq dəstəkləyəcək.скачать dle 11.3
Mojo.az Banner