Mojo.az Banner
21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |     20:55 Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm  |     20:46 Bakıda 1 milyonluq dələduzluq edən avtosalon rəhbərləri ilə bağlı qərar  |     20:41 100 ildən çox yaşı olan rəsm əsərləri Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib?  |     20:35 Azərbaycanda həkim vəfat etdi  |     20:29 Sabunçuda qadın öldürüldü - Əri saxlanıldı  |     20:23 Sabah Bakıda yağış yağacaq  |     20:18 Azad edilmiş ərazilərdə daha 237 mina aşkarlandı  |     20:09 Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - VİDEO  |     20:02 Yol polisi yük avtomobillərinin sürücülərinə çağırış etdi  |     19:56 Bakıda avtobuslarla sərnişindaşıma artıb  |     19:51 Göygöldə qanunsuz tikili sökülüb - VİDEO  |     19:43 Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu  |     19:38 Bərdədə avtomobil eşşək arabasına çırpıldı - Ölən var  |     19:30 Türkiyə Azərbaycan helikopterləri üçün yeni pulemyotlar verəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Pulu qaytarmayıb intihar görüntüsü yaratdı - Bakıda inanılmaz fırıldaq

18.12.2023 14:27 1 908
Pulu qaytarmayıb intihar görüntüsü yaratdı - Bakıda inanılmaz fırıldaq
Dələduzluqda ittiham edilən iş adamı Cəfər Əliyevə hökm oxunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1974-cü il təvəllüdlü C.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, C.Əliyev Sadiq Yusifov adlı şəxsdən biznes qurmaq və gəlir əldə etmək adı ilə 145 min dollar (250 min manata yaxın) alıb.

İttihama əsasən, o, vədinə əməl etməyib və Sadiqə nəinki gəlir, aldığı pulları da qaytarmayıb. Bundan sonra S.Yusifov Cəfərdən pulunu tələb edib. Cəfər isə pulu gətirmək üçün Türkiyəyə gedəcəyini bildirib. Bir müddət sonra isə sonuncunun qohumları Sadiqə Cəfərin intihar etdiyini və dəfn edildiyini bildiriblər.

Lakin qısa vaxt sonra bu yalanın üstü açılıb və Cəfərin yaşadığı məlum olub. Onun barəsində edilmiş şikayət üzrə cinayət işi açılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr tarixli hökmü ilə Cəfər Əliyevə 6 il həbs cəzası verilib.скачать dle 11.3
Mojo.az Banner