Mojo.az Banner
11:14 Kürdəmirdə DƏHŞƏT: Eyni kənddə iki nəfəri ildırım vurub öldürdü - VİDEO (Yenilənib)  |     11:00 Bakıda 62 yaşlı kişi parkda öldü  |     23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Şuşada fantastik Yeni il qiymətləri

11.12.2023 11:06 1 992
Şuşada fantastik Yeni il qiymətləri
Azərbaycanın turizm sektoru Yeni il şənliklərinə hazırlaşır.

Artıq bölgələrdəki istirahət mərkəzləri və hotellər Yeni il proqramları və qiymətlərini açıqlamağa başlayıblar.

İşğaldan azad edilən Şuşa şəhərindəki hotellərdə də bu il ilk dəfə olaraq Yeni il şənlikləri keçiriləcək. Ölkənin digər bölgələrində baş verən Yeni il qabağı “bahalaşma” Şuşa şəhərindəki hotellərdən də yan keçməyib.

Turizm şirkətlərinin açıqladığı məlumata görə, “Shusha” hotelində Yeni il şənliyi böyük məbləğə başa gələcək. Yeni ili Şuşada qarşılamaq istəyənlər 2 nəfərə 2500-3500 manat sərf etməli olacaqlar.

Burada standart otaq üçün qiymət 2500 AZN-dən, Deluxe suit otaqlarda 3300 AZN-dən, Apartmant suit otaqlarda isə 3500 AZN-dən başlayacaq.

Paketə Şuşa hotelində 2 gecə 3 gün qalmaq, Yeni il şənliyi, müxtəlif musiqi və şou proqramlar, atəşfəşanlıq və s. aiddir. Elanı paylaşan şirkətlər bildirir ki, bu paketi alanların işğaldan azad olunan ərazilərə girişi üçün icazə məsələsi həll olunacaq. (fed.az)скачать dle 11.3
Mojo.az Banner