Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:23 Sahibə Qafarovadan deputata irad: "Bura "danışmaqxana" yox, parlamentdir" | 14:08 Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR | 14:07 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik cinayətdə detallar | 13:47 Güclü külək qarşısında köhnə binalar nə dərəcədə təhlükəsizdir? – AÇIQLAMA | 13:42 Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA | 13:36 Sabah hava necə olacaq? | 13:29 Neftçalada quldurluq: 11 000 manatı aralarında bölüblər | 13:23 Dekabr ayından bu məhsulun qiyməti artacaq – AÇIQLAMA | 13:16 Türkiyə MN Azərbaycanı təbrik etdi | 13:11 Gələn ildən gəlir vergisi bu qədər olacaq | 13:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı | 13:01 Gürcüstanda eks-arvadını 25 min dollara öldürtmək istəyən azərbaycanlı saxlanılıb | 12:59 Bakıda səkkizaylıq hamilə qadın öldü | 12:48 Bakıda reklam agentliyinin rəhbəri həbs olundu - Borc davası | 12:41 İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb | 12:26 Azərbaycanda deputatın xəsarət aldığı hadisə ilə bağlı cinayət işi açıldı | 12:22 Bakıda 17 yaşlı oğlan bıçaqlandı | 12:15 Naxçıvanda idarəetmə dəyişir: İki ayda 180-dən çox qərar ləğv olunub | 12:14 Aldığı telefonun kreditini ödəyə bilmədi, arvadını döydü | 12:12 Şəmkirdə qadın və kişi meyitləri tapıldı - Hadisənin təfərrüatı (Yenilənib) |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan otellərində fantastik Yeni il qiymətləri - SİYAHI

08.12.2023 14:19 1 842
Azərbaycan otellərində fantastik Yeni il qiymətləri - SİYAHI
Yeni il bayramlar arasında bəlkə də ən rəngarəng, ən əyləncəli və xüsusən də uşaqlar tərəfindən ən çox gözlənilən bayramdır.

Yeni ilə sayılı günlər qalmış, yorğun iş həyatından uzaqlaşmaq və tətil günlərini səmərəli istifadə etmək istəyən vətəndaşlar daha çox Azərbaycanın səfalı bölgələrinə üz tutmağa üstünlük verirlər. Bunun üçün ölkəmizdə yetərincə alternativlərin olması da sevindirici hallardan biridir.

Azxeber.com bölgələrdə bu il üçün müəyyən olunmuş yeni il əyləncələrinin qiymətlərini araşdırıb.

Beləliklə, şəhərin səs-küyündən uzaq və məsafə baxımından ən əlçatan məkan olaraq bilinən Şamaxıda yeni ili qarşılamaq istəyirsinizsə, iki nəfər üçün ödəyəcəyiniz məbləğ 1800-2000 manat aralığında olacaq. Qiymətə 31 dekabr-2 yanvar tarixlərində 2 dəfə qidalanma və bayram gününə özəl hazırlanan qala gecəsi daxildir.

Şabranda yeni ili qarşılmaq və Sevda Ələkbərzadəni dinləmək istəyənlər 2 nəfərin 3 gün gecələməsi üçün 2100 manatı gözdən çıxartmalıdır. Məbləğə 2 dəfə qidalanma və qala gecəsi konserti də aid edilib.

İstirahət deyəndə hamının ağlına gələn ilk yer və ən çox üz tutduğu Quba da digər bölgələrdən geri qalmır. Burada müxtəlif əyləncələr ilə təşkil olunmuş bayram şənliyində iştirak etmək və Faiq Ağayevi dinləmək sizə hər şey daxil 2 nəfər üçün 1250 manata başa gələcək.

Füsünkar təbiəti, tarixi ab-havası və mistik interyeri ilə turistlərin diqqət mərkəzində olan bu şəhərdə 2024-cü ili qarşılamaq üçün tələb olunan məbləğ, 2 nəfər üçün 1450 manatdır. Burada siz qala gecəsində İlqar Xəyalı da dinləyə biləcəksiniz.

Balaca şəhər olmasına baxmayaraq Qax hər zaman təbiəti və xüsusən də mətbəxi ilə digər bölgələrdən seçilir. Yeni ilə özəl hazırlanmış proqramların da daxil edildiyi əyləncə gecələrinə qatılmaq istəsəniz, 2 nəfər üçün 31 dekabr-2 yanvar tarixlərində 799 manat ödəyəcəksiniz.

İsmayıllıda bu bayramda Murad Arifin iştirakı ilə musiqili gecədə 2 nəfərin yeni ili qarşılaması hər şey daxil 3 gün üçün 1640 manat təşkil edir.

Cənub bölgəsi təbiəti və özünəməxsusluğu ilə fərqlənir. Əgər bayram tətilini burada qeyd etmək və qala gecəsində Nigar Camalı dinləmək fikrində olsanız nə az, nə çox, bunun üçün 1399 manatı gözdən çıxartmalısınız.

Son xəbərlər