Mojo.az Banner
13:46 Ucuzluq bizi aldadır? – Endirimlərin görünməyən tərəfi  |     13:36 "Roşka"ya cəza istənildi  |     13:19 Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?  |     12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |     12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |     12:23 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü  |     12:09 Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər  |     12:06 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO  |     12:02 Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR  |     11:57 Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT  |     11:47 Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?  |     11:38 Azərbaycan nefti ucuzlaşdı  |     11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |     11:17 Aşpaz işləyən qazi faciəli şəkildə öldü  |     23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |    
Mojo.az Avto
Mojo.az Avto

Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının yekun iclası keçirilir

08.12.2023 11:50 1 527
Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının yekun iclası keçirilir
Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyasının illik yekun iclası keçirilir.

İclasda Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed Ben Sulayem, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və digərləri çıxış ediblər.

Qonaqları salamlayan Anar Ələkbərov FIA Baş Assambleyası və Mükafatlandırma mərasiminin Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb və bu kimi tədbirlərin məqsədinin ictimaiyyətin avtomobil idmanı sahəsinə marağının artmasına, Azərbaycanda bütün yol hərəkəti iştirakçılarını təhlükəsiz, dayanıqlı və əlçatan hərəkətlilik mövzusunda maarifləndirməyə yönəldiyini bildirib.

“Azərbaycan Avtomobil Federasiyası mütəmadi olaraq avtoidman sahəsində yarışlar, drift məşqləri, yolsuzluq avtomobilləri yürüşləri, kartinq yarışları, klassik avtomobillərin nümayiş olunduğu sərgi və yürüşlər və digər layihələr həyata keçirir”, - deyən Anar Ələkbərov ölkəmizin 2016-cı ildən etibarən Formula-1 yarışlarıma ev sahibliyi etdiyini xatırladıb. Bakı şəhərinin gözəl küçələrində Formula-1 yarışının uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə FIA-ya təşəkkürünü çatdırıb. O cümlədən Bakıda FIA həftəsinin uğurla keçməsi və yaddaqalan olmasında əməyi keçən hər kəsə, o cümlədən FIA əməkdaşlarına və könüllülərə minnətdarlıq çatdırılıb.скачать dle 11.3
Mojo.az Banner