Mojo.az Banner
21:39 Varlılar üçün lüks bunkerlər tikilir: müharibə, təbii fəlakət hiss etməyəcəklər  |     21:29 Salyanda ağır qəza: Bir nəfər öldü  |     21:17 Avropa İttifaqının əsas qaz tədarükçüsü dəyişdi  |     21:15 Günəşdə ən güclü partlayış baş verib  |     21:08 Şərif: Pakistan Qolan təpələri ilə bağlı Suriyanın mövqeyini dəstəkləməkdə davam edəcək  |     21:04 "Sabah" ABŞ-dən olan basketbolçu Maykl Ertalla müqavilə imzalayıb  |     21:00 "TikTok"da pul göndərmək mümkün olacaq  |     20:57 Somali piratları Pakistan dənizçiləri üçün milyonlarla dollarlıq fidyə tələb etdilər  |     20:46 Şərif: Pakistan Qolan təpələri ilə bağlı Suriyanın mövqeyini dəstəkləməkdə davam edəcək  |     20:42 Azərbaycan güləşində möhtəşəm nəticə: İki idmançımız finala yüksəldi  |     20:23 Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi  |     20:14 Husilər Səudiyyə Ərəbistanındakı obyektlərə dronlarla hücum ediblər  |     19:26 Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti AÇIQLANDI  |     19:16 Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs saxlanılıb  |     19:01 Günəşdə ay ərzində ən güclü partlayış baş verib  |     18:54 Abşeron polisi silsilə oğurluqlar törədən 32 yaşlı kişini saxlayıb  |     18:46 İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI  |     18:34 Bakıda güclü yanğın başlayıb  |     18:29 Heyvanmənşəli qidalara dair yeni qaydalar təsdiqləndi  |     18:24 Bakıda oteldə iş yoldaşını öldürən şəxsə 11 il 6 ay həbs cəzası verilib  |    
Left Banner
Right Banner

Səbinə Əliyeva: “Ermənistanda Azərbaycan Ordusunun hərbçisinin ömürlük həbs olunması beynəlxalq hüquqa ziddir”

06.12.2023 22:28 2 712
Səbinə Əliyeva: “Ermənistanda Azərbaycan Ordusunun hərbçisinin ömürlük həbs olunması beynəlxalq hüquqa ziddir”
“Azərbaycan Ordusunun hərbi qulluqçusunun saxta ittihamlarla azadlıqdan məhrum edilməsi, həmçinin cəzasının ağırlaşdırılaraq ömürlük həbslə əvəz olunması beynəlxalq hüququn norma və prinsiplərinə ziddir”.

Bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Ermənistan tərəfindən hərbi qulluqçumuza verilmiş qanunsuz cəzanın daha da sərtləşdirilməsinə münasibətində deyib.

“Tərəfimizdən bu məsələ ilə əlaqədar dəfələrlə müraciətlər olunsa da, Ermənistan hələ də beynəlxalq hüququn tələblərini kobud şəkildə pozmaqda davam edir. Eyni zamanda, Ermənistanın bu təxribatyönümlü addımı iki ölkə arasında sülh müqaviləsinin imzalanması, regionda dayanıqlı sülhün bərqərar olunması istiqamətində görülən işlərə də ciddi maneə yaradır.

Bir daha bildirirəm ki, Ermənistan tərəfi qanunsuz olaraq azadlıqdan məhrum edilmiş Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundovu, həmçinin hərbçimiz Aqşin Bəbirovu dərhal azad etməli, onların ölkəmizə geri qaytarılması üçün zəruri addımlar atmalıdır. Yekunda qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bir daha aidiyyəti beynəlxalq təşkilatlar, xarici ombudsman və milli insan hüquqları institutlarından Azərbaycan Ordusunun hərbi qulluqçularının azad edilməsi istiqamətində təsirli tədbirlərin görülməsini tələb edir, eləcə də onları Fransanın insan hüquq və azadlıqlarına qarşı sərgilədiyi hörmətsiz rəftarına münasibət bildirməyə çağırıram”, - Ombudsman bildirib.скачать dle 11.3
Mojo.az Banner