Mojo.az Banner
16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |     16:08 “Ailə məsələsidir” deyib susmayın: Tanınmış psixoloqdan xəbərdarlıq  |     16:05 Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılması təşəbbüsünü dəstəkləyir  |     15:47 Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."  |     15:38 "TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar  |     15:32 Tokayev: "İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib"  |     15:22 Marketlərə kiberhücum: Mütəxəssislər Azərbaycandakı riskləri açıqladı  |     14:41 Cəhalətə qarşı mübarizə aparanlar dövlət tərəfindən dəstəklənəcək? – Deputat açıqladı  |     14:29 Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq  |     13:25 Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir  |     13:20 Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı  |     13:12 Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb  |     13:08 Şəhid anası vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ombudsman Ermənistanı 10 noyabr tarixli birgə Bəyanata əməl etməyə çağırıb

28.12.2020 17:41 741
Ombudsman Ermənistanı 10 noyabr tarixli birgə Bəyanata əməl etməyə çağırıb
Ombudsman Səbinə Əliyeva Xocavənddə bir hərbi qulluqçumuzun şəhid olması, bir əsgərimizin isə yaralanması ilə bağlı müraciət yayıb.

Ombudsman Aparatından verilən məlumata görə, müraciətdə bildirilir ki, qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət altı nəfərlik dəstə 27 dekabr 2020-ci il tarixində Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində Azərbaycan ordusunun bölmələrinə hücum edib, nəticədə bir hərbi qulluqçumuz şəhid olub, bir əsgərimiz isə yaralanıb:

“İnsan hüquqlarına mühüm təhlükə yaradan bu hadisəni beynəlxalq hüququn norma və prinsiplərinin, beynəlxalq humanitar hüquq normalarının, o cümlədən Cenevrə Konvensiyalarının bir daha kobud şəkildə pozulması faktı kimi qiymətləndirir və sərt şəkildə pisləyirik.

Eyni zamanda Ermənistan tərəfini Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin və Rusiya Federasiyasının Prezidentinin 2020-ci ilin 10 noyabr tarixində imzaladıqları birgə Bəyanata əməl etməyə və insan hüquqlarının pozulmasına səbəb olan belə qeyri-qanuni əməllərdən çəkinməyə çağırırıq”.скачать dle 11.3
Mojo.az Banner