Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

HƏMAS İsraillə atəşkəs şərtlərinə əsasən gündə 10 girovu azad edəcək

21.11.2023 20:42 4 203
HƏMAS İsraillə atəşkəs şərtlərinə əsasən gündə 10 girovu azad edəcək
İsrail ordusu ilə radikal HƏMAS və İslami Cihad hərəkatları arasında müvəqqəti atəşkəs beş gün davam edəcək.

Bu barədə hazırda iki tərəf arasında vasitəçilər vasitəsilə müzakirə olunan sazişin layihəsi ilə tanış olan mənbələr bildiriblər.

“HƏMAS və “İslami Cihad” yaraqlıları oktyabrın 7-dən bəri əsir saxlanılan 10 girovu İsrail həbsxanalarından 30 fələstinli məhbusun əvəzində hər gün azad etmək barədə razılığa gəliblər”, - deyə mənbələr qeyd ediblər.

İsrail də öz növbəsində Qəzza zolağında blokada olan əhali üçün humanitar yardımla gündə 100-dən 300-ə qədər yük maşını keçirməyə razılaşıb.

Mənbələrin vurğuladığı kimi, atəşkəs dövründə quruda, dənizdə və havada bütün hərbi əməliyyatlar dayandırılacaq. İsrail Silahlı Qüvvələri quru əməliyyatının aparıldığı Qəzzanın şimal rayonlarının səmasında öz pilotsuz uçuş aparatlarının kəşfiyyat uçuşlarını gündə altı saat dayandırmağı öhdəsinə götürüb.

Mənbə: “Al Shark” qəzetiскачать dle 11.3
Mojo.az Banner