Mojo.az Banner
18:28 İdarə Heyətindən çıxarılanlar kimlərdi? - DOSYE  |     18:20 Canlı yayımda təhqirə yol verən daha bir tiktoker həbs olundu - Foto  |     17:59 Rəşad Daşdəmirov, Fərid Usubov və digərləri ev dustaqlığına buraxıldılar  |     17:57 Pensiya vədi ilə 13 min manatlıq dələduzluq  |     17:04 Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb  |     17:01 Azərbaycanda dörd qanun ləğv ediləcək  |     16:56 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi  |     16:46 Bakı-Tbilisi sərnişinlərinə şad xəbər: Biletlər satışdadır - FOTO  |     16:29 Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirildi  |     16:26 Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?  |     16:11 16 yaşlı qıza sataşan şəxs həbs olundu  |     16:03 Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama  |     15:50 Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı  |     15:46 58 yaşlı kişi sevdiyi qadını alan şəxsi armaturla döydü  |     15:25 Yeni virus Azərbaycana da gələ bilər – Həkimdən xəbərdarlıq  |     15:20 Qalmaqallı şirkətin əməkdaşı külli miqdarda narkotiklə tutulub  |     15:17 Bu tərəvəzin ixracı artdı: Qiymətlər bahalaşacaq  |     15:00 Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı  |     14:56 “Müəllim belə addım atmamalıdır” – Deputatdan AÇIQLAMA  |     14:48 Azərbaycanda dövlət sərhəddini pozan 20 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Google”dan yeni funksiya: Riyazi və fiziki məsələlərin həlli mümkün olacaq

02.11.2023 21:10 1 287
“Google”dan yeni funksiya: Riyazi və fiziki məsələlərin həlli mümkün olacaq
“Google” şirkəti “Search” (Axtarış) və “Lens” (Obyektiv) funksiyalarında əhəmiyyətli yenilənmələr təqdim edib. Bunlar STEAM (Science, Technology, Engineering and Mathematics) fənləri üzrə mürəkkəb məsələlərin həllində şagird-tələbələrə köməyə istiqamətlənib.

Trend xəbər verir ki, “Google” axtarış sistemi indi riyazi məsələlərin həllində geniş kömək təklif edir.

İstifadəçilərə axtarış xanasına tənliyi yazmaq və ya “Google Lens”in köməyi ilə məsələnin şəklini çəkmək kifayətdir. Nəticədə onlar addım-addım həlli tapacaqlar. Bundan başqa, “riyazi hesablama” funksiyası personal kompüterlərdə əlçatandır və tezliklə mobil cihazlarda da yaradılacaq.

“Google”, həmçinin, “Search”da STEM konsepsiyasının vizual şəkildə öyrənilməsi imkanını tətbiq edib. Bu funksiya istifadəçilərə biologiya, kimya, fizika, astronomiya və s. ilə bağlı mindən çox mövzu üzrə 3D modelli və interaktiv diaqramlarla qarşılıqlı əlaqədə olmaq imkanı verir.

“Google” nümayəndələri ümidvardırlar ki, insanlar yeni və təkmilləşdirilmiş funksiyalar sayəsində öz maraqlarını təmin edəcək və xeyli yeni məlumat öyrənəcəklər.скачать dle 11.3
Mojo.az Banner