Mojo.az Banner
22:59 Təmirə bağlanan yola daxil olan sürücü qəza törətdi - VİDEO  |     22:54 Bakıda 2 park birləşdirilir - VİDEO  |     22:53 Zaur Kamal yenidən efirə qayıdır - Özü paylaşım etdi  |     22:51 Azərbaycanın sərbəst güləşçisi Avropa çempionatında bürünc medal qazandı  |     22:46 Xaricdə törədilən cinayətlərlə bağlı məhkəmə qaydası dəyişə bilər  |     22:38 Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur  |     22:31 Astrologiyaya görə ən qıcıq insanların doğulduğu aylar  |     22:27 Ağcabədidə sakinlərin torpağı qeydiyyata alınmır - Aidiyyəti qurumdan açıqlama - VİDEO  |     22:15 Bakıda avtobus piyadanı vuraraq öldürdü - TƏFƏRRÜAT - VİDEO  |     22:06 10 min sakinin istifadə etdiyi yol çökür: Problem kritik həddə çatır - VİDEO  |     22:00 "Şəkili Pərviz" həbs olundu  |     21:56 Güclü külək toy çadırını uçurtdu -VİDEO  |     21:46 Səyahət sevənlər üçün ən populyar ölkələr açıqlanıb  |     21:39 Pişiklər insanların kədərini necə hiss edə bilirlər?  |     21:26 Satışlar ikiqat artdı: Çin avtomobilləri Avropada rekordlar qırır  |     21:21 Ailə qurarkən narkotik testinin verilməsi: Xilasedici təşəbbüs, yoxsa...  |     21:16 Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video  |     21:09 İslam Bazarqanov Albaniyada Avropa çempionu oldu  |     21:00 Polisdən əməliyyat: Axtarışda olan 153 nəfər saxlanılıb  |     20:47 Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA  |    
Left Banner
Right Banner

Faktiki hava açıqlanıb

20.10.2023 12:03 1 248
Faktiki hava açıqlanıb
Oktyabrın 20-də saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə saatlarında Gədəbəyin yüksək dağlıq ərazilərində və Şahdağda qar yağıb.

Səhər saatlarından yağıntılar kəsilib.

Düşən yağıntının miqdarı Şamaxıda 10 mm, Qobustan, Şahbuz, Şərurda 9 mm, Ordubadda 8 mm, Culfada 7 mm, Şahdağda 6 mm, Yardımlı, Lənkəran, Lerik, Biləsuvar, Cəfərxan, Zaqatala, Astara, Qax, Quba, Qusar, Xaltan, Gədəbəy, Sədərək, Neftçala, Altıağac, Balakən, Qrız, Qəbələ, Mingəçevir, Ağdam, Ağsu, Oğuz, Şəki, Tərtər, Gəncə, Daşkəsən, Şəmkir, Yevlax, Göyçay, Göygöl, Tovuz, Beyləqan, İmişli, Kürdəmir, Naftalanda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.

Şahdağda 3 sm qar örtüyü əmələ gəlib.

Sumqayıt, Şərur, Göygöl, Göyçay, Yevlax, Cəfərxan, Şəmkir, Qax, Balakən, Altıağac, Şamaxı, Qusar, Qrız, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyi arabir Mingəçevirdə 23 m/s, Tərtər, Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında isə 20 m/s-dək güclənib. “Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,2 metrə çatıb.скачать dle 11.3
Mojo.az Banner