Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:48 İlham Əliyevdən Asif Əsgərovla bağlı sərəncam | 13:47 Bakının 9 prospekt və küçəsinin kəsişməsində yenilik | 13:45 Sərxoş halda maşın sürüb arvadının ölümünə səbəb oldu - Təfərrüat | 13:43 Bakının bu rayonunda mənzillər bahalaşır – Ucuz evlərin sirri nədir? | 13:41 Avtomobili qışda uzun müddət saxlamaq üçün hansı qaydalara əməl etmək lazımdır? | 13:39 Ən təhlükəli elektron siqaret dadları müəyyən edilib | 13:37 Bakıda qarajlar rekord həddə bahalaşdı | 13:34 Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti nə vaxt çap olunacaq? | 13:29 Ticarət əlavəsinə limit bahalaşmanın qarşısını ala bilər? | 13:24 Bakıda yaşayış binalarının yaxınlığında yerləşən göl qurumağa başlayıb | 13:17 Alyona Əliyeva "İki dünya arasında" adlı fərdi sərgidən paylaşım edib | 13:12 Ramiz Mehdiyev və ailəsi Əli Kərimlinin məhkəməsinə çağırıldılar | 13:04 Qızıl ucuzlaşsa da, zinət əşyaları niyə əvvəlki qiymətə satılır? – AÇIQLAMA | 13:01 İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" | 12:52 Ermənistanın yeni konstitusiya layihəsi dərc olundu: Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı | 12:42 Eyni mənzili bir neçə nəfərə satan MTK rəhbəri həbs edildi - Milyonluq dələduzluq | 12:41 Bakıda körpə 11-ci mərtəbədən yıxılıb öldü | 12:26 Bakıda zibil daşıyan sürücü faciəli şəkildə öldü | 12:12 Bakıda hoteldən meyit tapıldı | 12:06 "Barselona"nın Bakıya nə vaxt çatacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Unun qiyməti ilə bağlı əhaliyə ŞAD XƏBƏR: Yeni qərar veriləcək

15.09.2021 23:04 1 569
Unun qiyməti ilə bağlı əhaliyə ŞAD XƏBƏR: Yeni qərar veriləcək
Son günlər dünyada buğdanın qiymətinin bahalaşması müşahidə edilir. Bu isə cəmiyyətdə un və un məmulatlarının bahalaşacağı barədə narahatlıqlar doğurur. Dünəndən Azərbaycanda bəzi çörək növlərinin qiymətinin artması bu narahatlıqları daha da artırıb.

Median.Az
xəbər verir ki, Ölkədə un istehsalı sahəsində fəaliyyət göstərən fabriklərdən birinin direktoru Arif Həsənov “Report”a açıqlamasında bildirib ki, Azərbaycanda unun bahalaşması gözlənilmir:

“Unun qiyməti qalxmayıb. Un istehsalı ilə bağlı dövlətin subsidiya ayırması gözlənilir, ona görə də unun qiymətinin qalxması ehtimalı yoxdur. Buğda bahalaşıb. Rusiyada və elə Azərbaycanda da yerli buğda çox bahadır. Unun bahalaşmasının qarşısını almaq üçün dövlət un istehsalını subsidiyalaşdırmağı planlaşdırıb”.

A.Həsənovun sözlərinə görə, dövlətin bu addımı unun bahalaşmasına mane olacaq:

“Yəqin ki, bu günlərdə bu barədə qərar çıxacaq. Un istehsalına subsidiya verilməlidir. İlin əvvəlində də dövlət un istehsalçılarına subsidiya vermişdi. Sadəcə indi buğda hədsiz bahalaşıb. Ona görə də verilən subsidiyanın miqdarının çox olacağı gözlənilir. Bu isə unun qiymətinin qalxmasının qarşısını alacaq. Dövlət də bu addımı elə bunun üçün atır”.

A.Həsənov bildirib ki, bu yaxınlarda un istehsalçılarına subsidiya verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyində görüş keçirilib:

“Təxminən on gün bundan öncə iqtisadiyyat naziri Mikayil Cabbarov bu məsələ ilə bağlı görüş keçirmişdi və bu görüşdə biz də iştirak etdik. Bundan 4-5 gün əvvəl isə Baş nazirin müavini Şahin Mustafayevin də keçirtdiyi görüşdə olduq. Bu görüşlər hamısı onunla əlaqədar idi ki, dövlət unun qiymətinin qalxmaması üçün subsidiya verməyi planlaşdırır”.

“Unun qiyməti qalxmasa, çörəyin də qiyməti qalxmaz. Hardasa bir-iki istehsalçı qiymət qaldırırsa, bu, başqa məsələ. Amma ümumilikdə geniş mənada Azərbaycanda çörəyin qiyməti qalxmayıb”, - deyə A.Həsənov əlavə edib.

Qeyd edək ki, dünəndən ölkədə bəzi çörək növlərinin qiymətində artım müşahidə olunub. Belə ki, çörək istehsalı ilə məşğul olan firmalardan ikisi çörək növlərindən asılı olaraq qiymətləri 5-10 qəpik civarında artırıb.

Hazırda dünya ölkələrinin 80 %-inin buğdaya olan tələbatının idxaldan asılılığı və əksər istehsalçı ölkələrdə istehsal və ixracın azalması qlobal miqyasda ərzaq buğdasının istehlakında ciddi çətinlikləri meydana çıxarıb. Məlumat üçün deyək ki, qardaş Türkiyədə buğda ilə özünütəminetmə səviyyəsi təxminən 70 %, Azərbaycanda isə 58 % təşkil edir.//oxu24.az

Son xəbərlər