Mojo.az Banner
17:11 Bakı metrosunda qatarlararası intervallar azaldılır  |     17:03 Əfvə düşən 74 yaşlı qadın yenidən hakim qarşısında - Yeddi il həbs istənildi  |     16:43 Məktəblərdə dərslərin başlama saatı dəyişdirilir? - Nazir açıqladı  |     16:17 Tanınmış həkimdən məktəblilərlə bağlı xəbərdarlıq: Bu əlamətlər varsa, uşağı məktəbə göndərməyin  |     16:01 İrandan Azərbaycana paraplanla 65 kq narkotik keçirmək istədilər  |     15:56 Vəkil olmaq istəyənlərin nəzərinə: Test mərhələsinə sənəd qəbulu başladı  |     15:40 Bilik Günü Azərbaycanda 34 dərəcə isti olacaq  |     15:33 Küləkli hava şəraitində işləyənlərin nəzərinə  |     15:27 İranın Baş prokuroru İlham Əliyevə təşəkkür edib  |     15:26 Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir  |     15:25 DTX rəisi Əli Nağıyev Çinə gedib  |     15:02 İlon Mask "Nvidia" superkompüterlərini kosmosa göndərməyi planlaşdırır  |     15:01 Bakıda qəza - 60 yaşlı qadın öldü  |     14:37 Yeni tədris ilinin başlanması ilə bağlı BDYPİ-dən əhaliyə müraciət  |     13:54 Misli Premyer Liqası: Beşinci turun son matçı - "Şəfa" "Sabah"a qarşı  |     13:53 Saatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər  |     13:51 Bərdədə bədbəxt hadisə: İki yaşlı uşaq hovuza düşüb öldü  |     13:42 Yeni tədris ilində Bakı şəhərində təhsil alacaq şagirdlərin sayı açıqlandı  |     13:40 İranın vitse-prezidenti Avstriyaya buraxılmadı - Rəsmi Tehrandan adekvat addım (Yenilənib)  |     13:34 Kirayə ev axtaran gücün DİQQƏTİNƏ: Bu ərazilər sərfəlidir  |    
Mojo.az Avto
Mojo.az Avto

Un istehsalçılarına subsidiya verilməsi gözlənilir

15.09.2021 19:31 1 155
Un istehsalçılarına subsidiya verilməsi gözlənilir
Son günlər dünyada buğdanın qiymətinin bahalaşması müşahidə edilir. Bu isə cəmiyyətdə un və un məmulatlarının bahalaşacağı barədə narahatlıqlar doğurur. Dünəndən Azərbaycanda bəzi çörək növlərinin qiymətinin artması bu narahatlıqları daha da artırıb.

Ölkədə un istehsalı sahəsində fəaliyyət göstərən fabriklərdən birinin direktoru Arif Həsənov “Report”a açıqlamasında bildirib ki, Azərbaycanda unun bahalaşması gözlənilmir:

“Unun qiyməti qalxmayıb. Un istehsalı ilə bağlı dövlətin subsidiya ayrılması gözlənilir, ona görə də unun qiymətinin qalxması ehtimalı yoxdur. Buğda bahalaşıb. Rusiyada və elə Azərbaycanda da yerli buğda çox bahadır. Unun bahalaşmasının qarşısını almaq üçün dövlət un istehsalını subsidiyalaşdırmağı planlaşdırıb”.

A.Həsənovun sözlərinə görə, dövlətin bu addımı unun bahalaşmasına maneə olacaq:

“Yəqin ki, bu günlərdə bu barədə qərar çıxacaq. Un istehsalına subsidiya verilməlidir. İlin əvvəlində də dövlət un istehsalçılarına subsidiya vermişdi. Sadəcə indi buğda hədsiz bahalaşıb. Ona görə də verilən subsidiyanın miqdarının çox olacağı gözlənilir. Bu isə unun qiymətinin qalxmasının qarşısını alacaq. Dövlət də bu addımı elə bunun üçün atır”.

A.Həsənov bildirib ki, bu yaxınlarda un istehsalçılarına subsidiya verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyində görüş keçirilib:

“Təxminən on gün bundan öncə iqtisadiyyat naziri Mikayil Cabbarov bu məsələ ilə bağlı görüş keçirmişdi və bu görüşdə biz də iştirak etdik. Bundan 4-5 gün əvvəl isə Baş nazirin müavini Şahin Mustafayevin də keçirtdiyi görüşdə olduq. Bu görüşlər hamısı onunla əlaqədar idi ki, dövlət unun qiymətinin qalxmaması üçün subsidiya verməyi planlaşdırır”.

“Unun qiyməti qalxmazsa, çörəyin də qiyməti qalxmaz. Hardasa bir-iki istehsalçı qiymət qaldırırsa, bu başqa məsələ. Amma ümumilikdə geniş mənada Azərbaycanda çörəyin qiyməti qalxmayıb”, - deyə A.Həsənov əlavə edib.

Qeyd edək ki, dünəndən ölkədə bəzi çörək növlərinin qiymətində artım müşahidə olunub. Belə ki, çörək istehsalı ilə məşğul olan firmalardan ikisi çörək növlərindən asılı olaraq qiymətləri 5-10 qəpik civarında artırıb.

Hazırda dünya ölkələrinin 80 %-inin buğdaya olan tələbatının idxaldan asılılığı və əksər istehsalçı ölkələrdə istehsal və ixracın azalması qlobal miqyasda ərzaq buğdasının istehlakında ciddi çətinlikləri meydana çıxarıb. Məlumat üçün deyək ki, qardaş Türkiyədə buğda ilə özünütəminetmə səviyyəsi təxminən 70 %, Azərbaycanda isə 58 % təşkil edir.скачать dle 11.3
Mojo.az Banner