Mojo.az Banner
16:50 Korrupsiyaya dair məlumat verənlər dövlət tərəfindən qorunacaq və kompensasiya alacaqlar  |     16:49 İlk dəfə sükan arxasına əyləşərək ölümə səbəb oldu - Hökm oxundu  |     16:48 Korrupsiyanı ifşa edənlər üçün mühüm yenilik: Rəhbər hara şikayət olunacaq?  |     16:47 Korrupsiya barədə məlumat səhv olsa, şikayətçini nə gözləyir?  |     16:46 Şimali Kiprdə faciə: Azərbaycanlıların da olduğu gəmidə batanlardan daha bir nəfərin cəsədi tapıldı  |     16:45 Korrupsiya barədə məlumat verən şəxsin qazandığı mükafatdan vergi tutulacaq?  |     16:39 İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – AÇIQLAMA  |     16:37 Avtomobiliniz 10 ildən köhnədirsə... – Ekspertdən maraqlı açıqlama  |     16:24 Korrupsiyanı xəbər verən şəxs həlak olarsa, ailəsi 20 min manat alacaq  |     16:13 Bu şəxslərə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək  |     14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirusun "Mu" ştammı nə dərəcədə təhlükəlidir?

06.09.2021 13:29 837
Koronavirusun
Son məlumatlara görə, koronavirusun yeni yaranmış "Mu" ştammında yoluxuculuq və ölüm halı "Delta" ilə müqayisədə azdır.

Median.Az
bildirir ki, bunu Trend-ə açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib. Onun sözlərinə görə, bu ştamm hazırda geniş araşdırılır:

""Mu" ştammı hazırda dünyanın 39 ölkəsində yayılmaqdadır. Bu ştamm barədə hələlik ətraflı məlumat yoxdur. Virusu sadəcə olaraq Ümumdünya Səhiyyə Təşkilatı izlənən variantlar siyahısına salıb. Hələ ki, tədqiqatlar aparılır. Güman edilir ki, "Mu" ştammına yoluxma faizi hələ azdır. Amma bir sıra ölkələrdə bu ştamma yoluxmanın daha yüksək olduğu özünü büruzə verir. Məsələn, Kolumbiyada ümumi yoluxanların təqribən 39 faizini "Mu" ştammına yoluxanlar təşkil edir. Həmçinin buna yoluxanlar arasında orta yaşlılar və gənclər də var. Amma xəstəlikdən ölüm halının yüksək olması barədə hər hansısa bir mlumat yoxdur. Yəni, yoluxuculuq və ölüm nisbətinə görə "Delta"dan aşağıdır".

İnfeksionist Nigar Əliyeva isə yeni ştammın ölkəmizə gəlmə riskinin mümkün olduğunu deyib:

"Bu ştam ilk olaraq Kolumbiyada aşkarlanmışdı. İlk aşkarlandığı dövrdə yayılma sürəti bu günə nisbətən daha kiçik rəqəmlərlə göstərilirdi. Təbii ki, bu ştammın Azərbaycana da gəlməsi qaçılmazdır. Yeni ştammın kliniki əlamətləri və gedişatı haqqında danışmaq çox tezdir. Çünki hələ araşdırmalar gedir. Son qərarı ÜST verəcək. Biz ümid edirik ki, yeni ştammlar yarandıqca ölüm halları azalacaq. Çünki vaksinasiya prosesi öz növbəsində həm də yeni yaranan ştammların zəifləməsinə xidmət edir".скачать dle 11.3
Mojo.az Banner