Mojo.az Banner
12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |     12:04 Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər  |     11:58 Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"  |     11:54 Bakıda hotellərdən birinin fəaliyyəti dayandırıldı - Video  |     11:51 Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi  |     11:44 Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb  |     11:36 Onlayn kreditlərlə bağlı AÇIQLAMA – Bu qədər gözləməlisiniz  |     11:30 Kirayə mənzillər niyə bahalaşır? – Ekspertdən AÇIQLAMA  |     11:23 Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - Foto  |     11:22 Azərbaycan nefti kəskin bahalaşdı  |     11:15 Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi  |     11:12 Azərbaycanda məhkum olunmuş şəxslər niyə iş tapa bilmirlər? - Nazirdən açıqlama  |     11:10 Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak oldu  |     11:00 İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət  |     23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan yanğınsöndürənləri Türkiyədən nə vaxt qayıdacaq? - AÇIQLAMA

13.08.2021 17:26 1 440
Azərbaycan yanğınsöndürənləri Türkiyədən nə vaxt qayıdacaq? - AÇIQLAMA
“Biz yaxın günlərdə Türkiyəni tərk edərək Vətənə qayıdacağıq”.

“Report” xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Muğlada azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova Marmarisdəki “böhran mərkəzi”ndə keçirilən toplantının nəticəsini məruzə edib:

“Xüsusi tapşırıq və göstərişləri aldıq. Qısa müddətdə bölgəni tərk edəcəyik. Hazırda 350 nəfərlik şəxsi heyət və 54 yanğın avtomobili ərazidə növbədədir. Bazar günü heç bir hadisə baş verməsə, biz qüvvələri bazalara çəkəcəyik. Bütün avtomobillər, texnikalar baxışdan keçiriləcək. Bazar günü və bazar ertəsi Vətənə qayıdacağıq”.скачать dle 11.3
Mojo.az Banner