Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"Əlifba" kitabının müəllifi 94 yaşında vəfat etdi

13.08.2021 14:11 1 113
Pedaqoji elmlər doktoru, professor, respublikanın Əməkdar müəllimi, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət” ordenli, Qırmızı Əmək Bayrağı ordenli, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Əlifba" kitabının müəllifi Yəhya Kərimov vəfat edib.

O, bu gün 94 yaşında dünyasını dəyişib.

Mərhum bu gün Qax rayonunda dəfn olunacaq.

Qeyd edək ki, Yəhya Şəfi oğlu Kərimov 1927-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. Qax orta məktəbini bitirərək Şəki Pedaqoji Texnikumuna daxil olub, daha sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləyib.

1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib.

1955-ci ildən Elmi Pedaqoji İnstitutunun aspiranturasında təhsil alıb, 1958-ci ildən həmin inistitutda kiçik elmi işçi, 1961-ci ildən şöbə müdiri işləyib. 1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə edib.

1976-cı ildən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işlər üzrə direktor müavini olub.

Uzun illər Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun müdafiə şurasının sədr müavini və sədri işləyib. 40-dan artıq elmlər namizədi, 3 elmlər doktoru yetişdirib.

Yəhya Kərimov yüzlərcə əsərin, o cümlədən "Savad təlimi", "İbtidai siniflərdə inşalar", "Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri", "Əlifba dərsliyinin tətbiqi prinsipləri", "Uşaq məktəbə gedir", "Ana dilinin tədrisi metodikası" və s. monoqrafiyaların müəllifidir. 1959-cu ildən indiyədək ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi, bütün proqramların redaktorudur. 1963-cü ildən "Əlifba" dərsliyinin müəllifidir.

Hazırda onun tərtib etdiyi 6 dərslik və 5 dərs vəsaitindən istifadə olunur.

1970-ci ildən "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalının redaktoru olub.

Allah rəhmət eləsin!скачать dle 11.3
Mojo.az Banner