Mojo.az Banner
17:06 İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN  |     16:54 Dünya təcrübəsi Azərbaycana gəlir – Bakı küçələri avtomobillərdən təmizlənəcək?  |     16:51 Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB  |     16:44 Kobaxidze: "Gürcüstan və Azərbaycan arasında heç bir gərginlik yoxdur"  |     16:28 Vüsal Şilderin qətli 10 000 manata icra olunub?  |     16:15 Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: "Bizi görüb qaçdı" - VİDEO  |     16:14 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ  |     16:13 Pakistanda azərbaycanlı qadına qarşı DƏHŞƏT: Üç kişi tərəfindən zorlandı  |     15:51 Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm  |     15:50 Azərbaycanda yeni turizm məhsulları yaradılır  |     15:33 Rusiyada təhsil almaq istəyən azərbaycanlı tələbələrlə bağlı diqqətçəkən AÇIQLAMA  |     15:31 Manatın ucuzlaşması nələrə təsir edəcək? Dərmandan turizmə qədər...  |     15:28 Keçmiş sevgililər geri qayıda bilər, amma... – Astroloqdan XƏBƏRDARLIQ  |     15:25 Jurnalist Əvəz Zeynallı vəfat etdi  |     13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı tibb alimi vəfat edib - FOTO

11.01.2024 16:01 2 934
Azərbaycanlı tibb alimi vəfat edib - FOTO
Azərbaycanın görkəmli tibb alimi, Əməkdar elm xadimi, “Şöhrət” ordenli həkim Solmaz Hüseyn qızı İsrafilbəyli vəfat edib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.


Solmaz İsrafilbəyli 1928-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.

Həkim kimi ilk əmək fəaliyyətinə Xızı rayonunda başlayıb və 1955-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (DHTİ) bazasında mamalıq və ginekologiya ixtisası üzrə aspiranturaya daxil olub.

1960-cı ildə “Nisbi göstərişlər əsasında aparılan qeysəriyyə kəsiyi əməliyyatı məsələsinə dair” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

S.İsrafilbəyli 1960-cı ildən başlayaraq, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda işləyib. 1978-ci ildə isə “professor” elmi adı alıb.

O, DHTİ-nin Mamalıq və ginekologiya kafedrasına 2012-ci ilə qədər rəhbərlik edib və bundan sonrakı illərdə də elmi-pedaqoji fəaliyyətini davam etdirib.

İndiyə qədər çapdan çıxmış 180-ə yaxın elmi işin, o cümlədən üç monoqrafiyanın müəllifidir. İndiyə qədər S.İsrafilbəylinin rəhbərliyi altında 13 namizədlik (tibb üzrə fəlsəfə doktorluğu) və üç doktorluq dissertasiyası işlənilərək müdafiə edilib.

O, 1974-cü ildə Azərbaycan Mama və Ginekoloqlarının Elmi Cəmiyyətinin sədri vəzifəsinə seçilib, 1982-89-cu illərdə Respublika Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu vəzifəsini yerinə yetirib. 1987-ci ildə ona tibb elminin və səhiyyənin inkişafında rolu nəzərə alınaraq, “Əməkdar elm xadimi” fəxri adı verilib, 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.скачать dle 11.3
Mojo.az Banner