Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Səbinə Əliyeva Ermənistan Ombudsmanının bəyanatına etiraz edib

22.07.2021 17:54 858
Səbinə Əliyeva Ermənistan Ombudsmanının bəyanatına etiraz edib
Bu günlərdə Ermənistan Ombudsmanının Milli İnsan Hüquqları İnstitutu qismində BMT-nin İnsan Hüquqları Şurasınının 47-ci sessiyasında səsləndirdiyi bəyanata Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən etiraz olunub.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Erməni Ombudsmanının beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Ermənistan Azərbaycan münaqişəsi ilə bağlı həqiqəti əks etdirməyən, siyasi sifarişli, qərəzli bəyanatına etiraz olaraq Müvəkkil BMT-nin Milli İnsan Hüquqları İnstitutları ilə iş üzrə xüsusi bölməsinə ünvanladığı məktubunda BMT-nin İnsan Hüquqları Şurasında müstəqil milli insan hüquqları institutları üçün ayrılan tribunadan qərəzli məqsədlər üçün istifadə edilməsinə yol verilməməsinin vacibliyini vurğulayıb.

BMT Baş Assambleyasının milli insan hüquqları institutlarının statusu ilə bağlı 1993-cü ildə qəbul etdiyi Paris Prinsiplərinin universal prinsiplər olmasını və həmin prinsiplərin bu institutların müstəqil və qərəzsiz fəaliyyətini müəyyənləşdirdiyini vurğulayan Azərbaycan Ombudsmanı Ermənistan hökümətinin siyasi propaqanda vasitəsinə çevrilən Ermənistan Ombudsman İnstitutunun Paris Prinsiplərinə uyğun olmadığını və müstəqil fəaliyyət göstərmədiyini əsas gətirərək bu institutun BMT nəzdində yenidən akkreditasiyadan keçirilməsi və statusunun aşağı salınması məsələsini irəli sürüb.скачать dle 11.3
Mojo.az Banner