Mojo.az Banner
22:59 Təmirə bağlanan yola daxil olan sürücü qəza törətdi - VİDEO  |     22:54 Bakıda 2 park birləşdirilir - VİDEO  |     22:53 Zaur Kamal yenidən efirə qayıdır - Özü paylaşım etdi  |     22:51 Azərbaycanın sərbəst güləşçisi Avropa çempionatında bürünc medal qazandı  |     22:46 Xaricdə törədilən cinayətlərlə bağlı məhkəmə qaydası dəyişə bilər  |     22:38 Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur  |     22:31 Astrologiyaya görə ən qıcıq insanların doğulduğu aylar  |     22:27 Ağcabədidə sakinlərin torpağı qeydiyyata alınmır - Aidiyyəti qurumdan açıqlama - VİDEO  |     22:15 Bakıda avtobus piyadanı vuraraq öldürdü - TƏFƏRRÜAT - VİDEO  |     22:06 10 min sakinin istifadə etdiyi yol çökür: Problem kritik həddə çatır - VİDEO  |     22:00 "Şəkili Pərviz" həbs olundu  |     21:56 Güclü külək toy çadırını uçurtdu -VİDEO  |     21:46 Səyahət sevənlər üçün ən populyar ölkələr açıqlanıb  |     21:39 Pişiklər insanların kədərini necə hiss edə bilirlər?  |     21:26 Satışlar ikiqat artdı: Çin avtomobilləri Avropada rekordlar qırır  |     21:21 Ailə qurarkən narkotik testinin verilməsi: Xilasedici təşəbbüs, yoxsa...  |     21:16 Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video  |     21:09 İslam Bazarqanov Albaniyada Avropa çempionu oldu  |     21:00 Polisdən əməliyyat: Axtarışda olan 153 nəfər saxlanılıb  |     20:47 Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA  |    
Left Banner
Right Banner

Ombudsman: “Ermənistanın törətdiyi müharibə cinayətlərinin araşdırılması məqsədilə monitorinqlər aparılır”

18.10.2023 22:44 693
Ombudsman: “Ermənistanın törətdiyi müharibə cinayətlərinin araşdırılması məqsədilə monitorinqlər aparılır”
“Həm Vətən müharibəsində, həm də postmüharibə dövründə Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinin araşdırılması məqsədilə monitorinqlər aparılır”.

Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) “İnsan hüquqları müdafiəsinin problemləri: ombudsmanların səlahiyyətlərinə dair müsbət təcrübələrinin bölüşülməsi” mövzusunda VII beynəlxalq elmi-praktiki konfransda bildirib.

Qırx yeddi ölkənin ombudsmanlarının iştirak etdiyi tədbirdə “Müharibə və postmüharibə dövründə Azərbaycan Ombudsmanının fəaliyyəti” mövzusunda çıxışı zamanı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi sahəsində ombudsman təsisatlarının və milli insan hüquqları institutlarının rolunu vurğulayıb, Azərbaycanın Ombudsman təsisatının müvafiq istiqamətdə fəaliyyəti barədə ətraflı məlumat verib.

Müvəkkil ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi üzrə həyata keçirilən islahatlardan bəhs edib, mandatının mövcud beynəlxalq meyarlara uyğun olaraq, aidiyyəti sahələr üzrə genişləndirilməsi ilə bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən danışıb.

Son illərdə baş verən müharibə və terror aktlarının fundamental insan hüquqlarının pozulmasına, humanitar böhranın yaranmasına səbəb olduğunu qeyd edən Ombudsman otuz ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalmış Azərbaycan torpaqlarında törədilən müharibə cinayətləri barədə də danışıb.

İkinci Qarabağ müharibəsi nəticəsində beynəlxalq hüququn tələblərinə uyğun olaraq torpaqlarımızın işğaldan azad edildiyini və ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırıb.

Ombudsman beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması faktlarını özündə əks etdirən müraciət, hesabat və bəyanatların aidiyyəti beynəlxalq təşkilatlara və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qurumlara ünvanlandığını qeyd edib.

Müharibələrin insan tələfatı ilə yanaşı, həm də onların itkin düşmələrinə səbəb olduğunu söyləyən müvəkkil Birinci Qarabağ müharibəsində 4 000-ə yaxın azərbaycanlının itkin düşdüyünü, onların taleyi barədə Ermənistan tərəfindən hələ də məlumat verilmədiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın törətdiyi mina terroru barədə danışan ombudsman mina partlayışı nəticəsində İkinci Qarabağ müharibəsindən indiyədək yüzlərlə şəxsin mina qurbanına çevrildiyini qeyd edib.

Sonda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili insan hüquqlarının müdafiəsi sahəsində təsisatlar arasında münasibətlərin daha da möhkəmlənəcəyinə, səmərəli fəaliyyətin və konstruktiv dialoqun davam edəcəyinə ümidvar olduğunu bildirib.скачать dle 11.3
Mojo.az Banner