Mojo.az Banner
11:10 Naxçıvanda bir evdə iki dəhşətli hadisə: Türkiyədən gələn qardaş bacısına 19 bıçaq zərbəsi endirdi  |     11:08 Sumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərlənib - İddia  |     10:58 Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir  |     10:56 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Palçıq vulkanları necə əmələ gəlir?

06.07.2021 13:41 909
Palçıq vulkanları necə əmələ gəlir?
Televiziyada partlayışa dair videoları görəndə bildim ki, bu, ancaq palçıq vulkanı ola bilər. Çünki həmin ərazidə qazıntı işləri o qədər də aparılmır.

Bunu trend-ə açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib. Onun sözlərinə görə, Xəzər dənizi, Abşeron yarımadası, Qobustan, ümumilikdə Azərbaycan ərazisi üçün palçıq vulkanlarının püskürməsi normal haldır:

"Çünki cənub-şərqi Qafqaz palçıq vulkanlarının məskəni sayılır. Dünyanın digər yerlərində də palçıq vulkanları var. Bunlar əsasən neft-qaz yataqlarının indiqatorlarıdır. Azərbaycanda palçıq vulkanları əsasən Qobustan-Abşeron, cənub-şərqi Şirvan, bir də Xəzərin şelf, yəni sahil zonalarında yerləşir. Azərbaycanda ən hündür palçıq vulkanı "Torağay"dır. Qobustan rayonu ərazisində yerləşir. Bundan başqa, "Axtarma-Paşalı", "Lökbatan", "Boz Qobu", "Çeyldağ", "Qoturdağ", "Bozdağ" kimi məşhur palçıq vulkanlarımız da var. Azərbaycanda palçıq vulkanları təxminən 4-6 kilometr dərinlikdə yerləşir".

Ə.Əliyev palçıq vulkanlarının püskürməsinin səbəblərini də açıqlayıb: "Yerin müəyyən qatında metan qazı yığılır, bəzi sahələrdə isə sulu qatla təmasa keçir və təzyiq nəticəsində bu qaz partlayışa səbəb olur. Nəticədə böyük qaz axını ilk anda alışır, əmələ gəlmiş qıfda palçıq ətrafa yayılmağa başlayır. Abşeron ərazisində konusvari çox sayda belə vulkan görmək olar. Ən vacibi odur ki, Xəzər dənizindəki adaların əmələ gəlməsində bu vulkanların rolu var. Bəzən palçıq vulkanları püskürəndə alovun hündürlüyü 500 metrə qədər qalxa bilir. Bu zaman orada 100-1200 dərəcəyə qədər istilik yaranır. Sonra da təbii ki, ətrafa ağır fraksiyalı gil yayılmağa başlayır".скачать dle 11.3
Mojo.az Banner