Mojo.az Banner
23:04 Şuşaya qar yağıb  |     22:50 Bölgələrdə mənzillər niyə bahadır? - VİDEO  |     22:43 Güclü külək bu rayonlarda fəsadlar törətdi - FOTO  |     22:34 Qazaxıstan vətəndaşlarını İranı tərk etməyə çağırıb  |     22:26 Ölən həkim bu xəstəxanada əməliyyat olunubmuş  |     22:15 Axşam nə yemək daha yaxşıdır? - Yaxşı yuxu üçün 13 qida  |     22:08 Vüqar Qurbanovla bağlı sensassion iddia - Səhiyyə Nazirliyini ABŞ-dən “vurdururmuş”…  |     21:57 44 yaşlı həkim vəfat etdi  |     21:50 Azərbaycanda hansı yaşda uşaqlara sosial şəbəkə qadağan ediləcək?  |     21:42 Prezidentin vəzifə verdiyi Cavidan Hüseynov kimdir? - DOSYE  |     21:37 "Sumqayıt-Hüquq" MTK-nın rəhbərinə "stop" qoyuldu  |     21:31 "Xəmsə Travel Qarabağ"ın otelində yoxlama - Cərimə edildi  |     21:25 Azərbaycanda güclü zəlzələ gözlənilir?  |     21:16 Pensiya və ortaaylıq əməkhaqqı artacaq? (Video)  |     21:11 Tələbələri fotoları ilə şantaj edən şəxslə bağlı məhkəmə qərarı verildi  |     21:04 Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb  |     20:59 Ramazanın 10-cu gününün duası - İmsak və iftar vaxtı  |     20:53 UEFA Konfrans Liqasında 1/8 finalın püşkü atıldı  |     20:48 Ucarda bazarda yoxlama keçirildi - Nöqsanlar aşkarlandı (Video)  |     20:41 Bu marşrut xəttində avtobuslar dəyişdirilir  |    
Left Banner
Right Banner

Palçıq vulkanları necə əmələ gəlir?

05.07.2021 21:10 651
Palçıq vulkanları necə əmələ gəlir?
Televiziyada partlayışa dair videoları görəndə bildim ki, bu, ancaq palçıq vulkanı ola bilər. Çünki həmin ərazidə qazıntı işləri o qədər də aparılmır.

Median.Az
bildirir ki, bunu Trend-ə açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib. Onun sözlərinə görə, Xəzər dənizi, Abşeron yarımadası, Qobustan, ümumilikdə Azərbaycan ərazisi üçün palçıq vulkanlarının püskürməsi normal haldır:

"Çünki cənub-şərqi Qafqaz palçıq vulkanlarının məskəni sayılır. Dünyanın digər yerlərində də palçıq vulkanları var. Bunlar əsasən neft-qaz yataqlarının indiqatorlarıdır. Azərbaycanda palçıq vulkanları əsasən Qobustan-Abşeron, cənub-şərqi Şirvan, bir də Xəzərin şelf, yəni sahil zonalarında yerləşir. Azərbaycanda ən hündür palçıq vulkanı "Torağay"dır. Qobustan rayonu ərazisində yerləşir. Bundan başqa, "Axtarma-Paşalı", "Lökbatan", "Boz Qobu", "Çeyldağ", "Qoturdağ", "Bozdağ" kimi məşhur palçıq vulkanlarımız da var. Azərbaycanda palçıq vulkanları təxminən 4-6 kilometr dərinlikdə yerləşir".

Ə.Əliyev palçıq vulkanlarının püskürməsinin səbəblərini də açıqlayıb: "Yerin müəyyən qatında metan qazı yığılır, bəzi sahələrdə isə sulu qatla təmasa keçir və təzyiq nəticəsində bu qaz partlayışa səbəb olur. Nəticədə böyük qaz axını ilk anda alışır, əmələ gəlmiş qıfda palçıq ətrafa yayılmağa başlayır. Abşeron ərazisində konusvari çox sayda belə vulkan görmək olar. Ən vacibi odur ki, Xəzər dənizindəki adaların əmələ gəlməsində bu vulkanların rolu var. Bəzən palçıq vulkanları püskürəndə alovun hündürlüyü 500 metrə qədər qalxa bilir. Bu zaman orada 100-1200 dərəcəyə qədər istilik yaranır. Sonra da təbii ki, ətrafa ağır fraksiyalı gil yayılmağa başlayır".скачать dle 11.3
Mojo.az Banner