Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı və İstanbul arasında avtobusla sərnişindaşımanın bərpası müzakirə edilib

01.07.2021 16:16 1 593
Bakı və İstanbul arasında avtobusla sərnişindaşımanın bərpası müzakirə edilib
“Azərbaycan və Türkiyə arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş”in şərtlərinə əsasən, İstanbulda Azərbaycan–Türkiyə Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

Məlumata görə, iclasda iki ölkə arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət müzakirə edilib, “İcazə” blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər, onların həlli yolları haqqında fikir mübadiləsi aparılıb.

Naxçıvan MR-in avtodaşıyıcılarının Türkiyə ərazisi ilə Gürcüstana və digər ölkələrə səfəri zamanı əlverişli şəraitin yaradılması, türk daşıyıcılarının muxtar respublika ərazisindən tranzit hərəkət imkanları və Azərbaycan üzərindən Xəzər dənizi vasitəsilə tranzit keçməklə Orta Asiyaya daşımaları həyata keçirərkən xərclərinin optimallaşdırılması müzakirə edilib.

Pandemiya zamanı bəzi ölkələrin sərhəd-keçid məntəqələrində yaranan məhdudiyyətlər, Türkiyə daşıyıcılarının Azərbaycan ərazisindən tranzit keçidinə ehtiyacının artması və ticari-iqtisadi əlaqələrin genişlənməsi nəzərə alınaraq, beynəlxalq daşımalar üçün istifadə olunan “İcazə” blanklarının kvota sayı mövcud ehtiyaca uyğunlaşdırılıb.

Tərəflər arasında Şərq-Qərb istiqamətindəki yükdaşımaların asanlaşdırılması ilə bağlı müxtəlif platformalardakı layihələrdə birgə fəaliyyət istiqamətləri razılaşdırılıb və bu sahədə ölkəmizin daşıyıcılarının rolunun artırılması üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

İclasda “Bakı–İstanbul–Bakı” marşrutu üzrə sərnişin daşınmasının “COVID-19” pandemiyası ilə əlaqədar dayandırılması və karantin şərtlərinin yumşaldılması ilə əlaqədar bərpa edilməsinin mümkünlüyü barədə də fikir mübadiləsi aparılıb.

Yekunda perspektivlər və digər aktual məsələlərə dair müvafiq Protokol imzalanıb.скачать dle 11.3
Mojo.az Banner