Mojo.az Banner
23:01 Epşteynlə əlaqələrinə görə üzr istədi, iki rus qadınla münasibətini etiraf etdi  |     22:54 Android istifadəçilərinə xəbərdarlıq: Bu proqramlar artıq lazımsızdır  |     22:48 Ötən il sahibsiz qalmış neçə əmlak dövlət mülkiyyətinə keçib?  |     22:43 Məskunlaşdığı evi 10 minlik elektrik borcu ilə tərk edən məcburi köçkün danışdı (FOTO)  |     22:37 Sulu qar, qar yağacaq, temperatur 5-8 dərəcə enəcək  |     22:31 Gəncədə "Bravo" marketdə içki və şokolad oğurluğu  |     22:25 Qəbələdə ağır qəza olub, ölən var  |     22:20 "Azərbaycan benzininə tələbat yüksək olaraq qalır" - Erməni nazir  |     22:12 Sabah metro gücləndirilmiş rejimdə işləyəcək  |     22:05 Azərbaycan və Yunanıstan arasında ticarət dövriyyəsinin həcmi açıqlandı  |     22:00 Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı  |     21:53 Göygöldə 32 yaşlı qadın dərmandan zəhərləndi  |     21:48 Bu il minimum əməkhaqqı artırılacaq?  |     21:42 Bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     21:37 Toyuq hininə salıb, gəlinlik geyindirənlərə hökm oxundu - 44 il 4 ay  |     21:29 Arıqlamaq məqsədilə oruc tutmaq olar? - AÇIQLAMA  |     21:14 Vardanyan apelyasiya şikayəti verməyəcək  |     21:09 Qazaxıstanda Su-30SM qırıcı təyyarəsi qəzaya uğradı  |     21:01 "Laser Beauty Clinic"də qəfil yoxlama - Nigar Rüfət həkim-kosmetoloq işləyə bilməzmiş  |     20:54 Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi  |    
Left Banner
Right Banner

ATƏT PA-nın yaz sessiyasinda Ermənistanın Azərbaycana qarşı cinayətləri açıqlanıb

30.06.2021 22:10 1 509
ATƏT PA-nın yaz sessiyasinda Ermənistanın Azərbaycana qarşı cinayətləri açıqlanıb
ATƏT PA-nın yaz sessiyasi çərçivəsində Demokratiya İnsan haqları və humanitar məsələlər Komitəsinin onlayn iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda çıxış edən Ermənistan nümayəndə heyətinin üzvləri öz nitqlərində Dağlıq Qarabağ mövzusuna toxunaraq, Azərbaycanda olan erməni əsirlərinin hüquq və azadlıqları, Dağlıq Qarabağ ərazisində ermənilərə məxsus dini, mədəni abidələrin qorunmasından narahat olduqlarını dilə gətirib.

Azərbaycan nümayəndə heyətinin üzvü deputat Əminə Ağazadə erməni tərəfinin iradlarına cavab olaraq bildirib ki, dövlətlər öz ərazilərini işğal etmir, əksinə, öz torpaqlarını azad edir. Və bu faktdır ki, Azərbaycan 44 günlük müharibədə öz torpaqlarını azad edərək ərazi bütovlüyünü bərpa etmişdir.

Deputat qeyd edib ki, Azərbaycan ərazisindəki bütün mədəni və dini abidələr Azərbaycan dövlətinin və xalqının mədəni irsinə aiddir.

Ermənistan həm 30 ildir işğal etdiyi ərazilərdə, həm də Ermənistan ərazisində Azərbaycanın mədəni irsini məhv etmək, dağıtmaq və mənimsəmək üçün sistematik siyasət yürüdüb. Ermənistan tarixi abidələri dağıtmaqla, onların memarlıq xüsusiyyətlərini dəyişdirməklə və “arxeoloji” qazıntılar aparmaqla öz qarşısına Azərbaycan mənşəyindən xəbər verən hər hansı bir işarənin tamamilə silinməsini hədəfləyən məqsədlər qoyub.

Məscidlər və digər ibadət yerləri, qəbiristanlıqlar, arxeoloji sahələr, həmçinin muzeylər, kitabxanalar və digər mədəniyyət obyektləri ya tamamilə məhv edilib ya da talan edilib. Məscidlər dağıdılmış və xarabalığa çevrilib. 67 məsciddən 64-ü darmadağın edilib və ya ciddi ziyan görüb. Xarakterik xüsusiyyətlərini dəyişdirmək məqsədi ilə bir çox orijinal Azərbaycan mədəni obyektləri amansız müdaxilələrə məruz qalıb;

Bu hərəkətlərin umumilikdə 1954-cü ildə qəbul edilmiş “Silahlı münaqişə baş verdikdə mədəni mülkiyyətin qorunması” üzrə Haaqa Konvensiyası və onun iki Protokolunun, “Qeyri-qanuni qadağan edilmə və mədəni sərvətlərə sahiblik hüquqlarının idxalı, ixracı və ötürülməsinin qarşısının alınması” Konvensiyası kimi YUNESCO sənədləri də daxil olmaqla beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasını tərənnüm edir.

Ermənistan YUNESCO-nun və digər ixtisaslaşmış beynəlxalq qurumların Azərbaycanın işğal olunmuş ərazilərini ziyarət etməsinə və oradakı mədəni irsin vəziyyətini qiymətləndirməsinə davamlı olaraq mane olmuş, Azərbaycanın bu məqsədlə YUNESCO-ya və digər oxşar təşkilatlara etdiyi çoxsaylı müraciətləri icra olunmamış qalıb. Bu da öz növbəsində Ermənistanın cəzasızlıq hissinin formalaşmasında rol oynayıb. Reallıqda Ermənistanın sistematik vandalizm aktları qarşısında Azərbaycan öz mədəni irsini qorunmaq imkanlarından məhrum olub.

Azərbaycan dövləti ən yüksək səviyyədə azad olunan ərazilərdəki bütün mədəni və dini abidələrin mənşəyindən asılı olmayaraq lazımi qaydada bərpa ediləcəyini, orada yenidənqurma işlərinin aparılacağını qətiyyətlə bildirir. Bizim həm ölkə daxilində, həm də xaricdə multikulturalizmin təbliğində təcrübəmiz bu baxımdan əhəmiyyətli zəmanət verir. Azərbaycan Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırına müntəzəm səfərlərini asanlaşdırmaqla artıq erməni mənşəli vətəndaşlarına qarşı da öz humanist niyyətlərini nümayiş etdirir.

Roma Papası Fransisk tərəfindən dünya üçün bir nümunə olaraq qiymətləndirilən Azərbaycan bütün dünya ictimaiyyətinə özünü fərqli mədəniyyətlərin, etnik və dinlərin dinc və birlikdə yaşadığı bir ölkə olaraq tanıda bilib. Azərbaycan özünü bu ideyaların əsl təbliğatçısı kimi sözlərlə deyil, “Bakı Рrоsеsi" və digər təşəbbüsləri ilə sübut edib. Azərbaycan bu nailiyyətləri davam etdirməyə davam edəcək və mədəni hüquqları da daxil olmaqla, etnik və dini mənsubiyyətlərindən asılı olmayaraq hər bir vətəndaşı üçün bütün hüquqları təmin edəcək.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının humanitar yardım üzrə rəhbər prinsiplərinə tam uyğun olaraq bölgədəki sülhə və sabitliyə töhfə verməyə hazır olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər BMT qurumları ilə yanaşı ayrı-ayrı dövlətlər də daxil olmaqla müvafiq beynəlxalq tərəfdaşlarla işləməyə hazırdır. Bu cür yanaşma beynəlxalq hüquqa, BMT-nin humanitar yardım, münaqişədən sonrakı bərpa və yenidənqurma sahəsindəki fəaliyyətini tənzimləyən müvafiq qətnamə və sənədlərinə əsaslanır və münaqişənin vurduğu yaraların aradan qaldırmasına yönəlmiş qarşlıqlı etimad tədbiri kimi mühüm rolunu oynayacaq.скачать dle 11.3
Mojo.az Banner