Mojo.az Banner
23:04 Ronaldo buna görə matça çıxmaqdan imtina etdi  |     22:57 Türk Hava Yolları İrəvana uçuşlara başladı  |     22:57 Azərbaycan yığması 0:6 hesabı ilə uduzdu  |     22:50 Bakıda 2 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir  |     22:45 Bakıda məktəbdə şagird kəllə-beyin travması aldı: Reanimasiyaya yerləşdirildi  |     22:44 ABŞ Çini gizli nüvə sınağı keçirməkdə ittiham edib  |     22:22 Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 BMT-nin baş katibi ABŞ ilə İran arasında danışıqları alqışladı  |     21:50 Güllələnən müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş  |     21:38 Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar  |     21:18 Masallıda “Mercedes”lər toqquşdu - Ölən var  |     21:10 Bakıda təhsil ocağında daha bir hadisə - Şagird yıxılıb xəstəxanalıq oldu  |     21:01 Şahmat üzrə Azərbaycan çempionatının açılışı oldu  |     20:56 Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür edib  |     20:39 Qazaxıstanda 10-cu sinif şagirdi balta ilə sinif yoldaşlarına hücum edib  |     20:31 Sinif otağında silah – Problem haradan başlayır?  |     20:21 Sumqayıtda ailədaxili münaqişə qanla nəticələndi  |     20:19 Ermənistanda parlament seçkisinin tarixi açıqlandı  |     20:10 Yeni sədr kimdir? - Dosye  |     20:03 Norveç şahzadəsi Epşteynlə əlaqələrinə görə üzr istədi  |    
Left Banner
Right Banner

Vaksin vurdurduqdan sonra çimmək olarmı?

29.05.2021 22:48 786
Vaksin vurdurduqdan sonra çimmək olarmı?
Vaksinasiyadan sonra çimmək olmaz mifi hələ də moddadır. Ekskluziv olaraq yalnız Azərbaycanda. Bu qeyri-adi qadağanı camaata hansı əsrdən qalma həkim qoyub? Vaksin vurduranlar elə həmin gün çimə bilər. Vaksin vurulan sahəyə su dəyməsinin heç bir təhlükəsi yoxdur.

Qaynarinfo xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.

Vaksinin təsirindən söz açan həkim immun çatışmazlığı olan insanlara COVID-19 vaksinin zərərli olmadığını bildirib: "İmmun çatışmazlıqlı insan dedikdə kimya, şüa terapiyası alan onkoloji xəstələr, ağır şəkərli diabet, QİÇS, anadangəlmə immun çatışmazlığı sindromları, orqan köçürülmüş xəstələr və autoimmun xəstəliklərə görə təyin olunmuş immun supressant dərman qəbul edən xəstələr nəzərdə tutulur. Onlara vaksin vurulması təhlükəli deyil, aseptik şəraitdə vurulubsa, digər insanlarda olduğu kimi əlavə təsirlərin görülməsi istisnadır.

Amma bu qrup xəstələrdə vaksin işə yaramaya bilər. Vaksinin onlarda COVID-19-a qarşı immunitet yaratma ehtimalı azdı. Ona görə hətta tam vaksinasiya olunmuş immun çatışmazlıqı olan xəstələr COVID-19-a qarşı özlərini ciddi qorumağa davam etməlidirlər".скачать dle 11.3