Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Vaksinasiyadan sonra bu səhvi etməyin! - Peyvəndin təsirini azaldır

19.05.2021 23:21 1 008
Vaksinasiyadan sonra bu səhvi etməyin! - Peyvəndin təsirini azaldır
Türkiyəli mütəxəssis Aytaç Karadağ vaksin vurduqdan əvvəl və sonra nələrə diqqət etməli olduğumuzu açıqlayıb.

Median.Az
xəbər verir ki, həkim vaksinin təsirini azaldan xətalarla bağlı xəbərdarlıq edib:

VAKSİNASİYADAN SONRA 10 GÜN ƏRZİNDƏ...

"Yaxşı yatdığınız zaman xüsusən gecə 23:00 ilə 05:00 arasında beynimiz "melatonin" adlanan möcüzəvi bir hormon ifraz edər. Bu hormonu tablet olaraq Tramp da koronavirusa yoluxduğu zaman qəbul etmişdi. Orqanizmi gücləndirən, virusa yoluxmaqdan qoruyan, xəstələndikdə daha tez sağalmağımıza şərait yaradan güclü bir antioksidan olan bu melatonini beynimiz sadəcə gecə vaxtı, səssiz və qaranlıq bir ortamda yatdığımız zaman ifraz edir. Vaksinin təsirini artıran və melatonin adlanan bioloji iç saatımızı normaya salan bu hormonu artırmaq üçün vaksindən 1 gün əvvəl və sonrakı 10 gün boyunca 6 saat qaranlıq, səssiz bir ortamda yatmalısınız".

VAKSİNDƏN SONRAKI 2 GÜN İÇƏRİSİNDƏ...

"Əslində vaksinasiyadan sonrakı 2 gün ərzində halsızlıq və yuxu istəyinin olması normal bir haldır".

VAKSİNDƏN SONRA BİR NEÇƏ GÜN PROTEİNLƏ ZƏNGİN QİDALANMALISINIZ

"Şəkər, çörək, makaron və s. kimi qidalanma ilə immun sistemimiz 60 faiz azaldığı üçün vaksindən sonra protein tərkibli qidalanmaq önəmlidir. Ət, balıq, toyuq, süd məhsulları, yumurta kimi qidalar proteinlə zəngindir. "C" vitamini baxımından mövsümdəki tərəvəz və meyvələrdən istifadə etməliyik. 6 saatdan az yatmaq antitellərin yaranmasını yarı-yarıya azaltdığı üçün vaksindən əvvəl və sonra 6 saat yatmalıyıq. Vaksin günü alkoqol almaq, qorxu, dərman qəbulu, yanlış qidalanma da vaksinin təsirini aşağı edir".

AĞRI KƏSİCİDƏN İSTİFADƏ ETMƏMƏLİYİK

"Vaksinin təsirini azaltdığı üçün ağrı kəsicilərdən, allergiya dərmanlarından istifadə etmək olmaz. Bunlar peyvəndin effektivliyini azaldır. Həmçinin vaksinin səhər saatlarında daha effektli olması elmi olaraq sübut edilmişdir". /medicina.azскачать dle 11.3
Mojo.az Banner