Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan qazını Avropaya nəql edəcək boru kəmərinin tikintisi yubanır

27.05.2021 13:39 1 338
Azərbaycan qazını Avropaya nəql edəcək boru kəmərinin tikintisi yubanır
Tikintisi yubanan Yunanıstan – Bolqarıstan qaz kəməri (IGB) 2022-ci ilin iyun ayından tez istismara verilməyəcək.

Bu barədə layihənin operatoru Boqarıstanın İCGB şirkəti bildirib:

"Koronavirus pandemiyası, habelə Bolqarıstan ərazisində bəndin altından tikinti üçün ekoloji rəy almaq zərurəti IGB layihəsinin icrasında yubanmaya səbəb oldu”.

Qeyd edək ki, Yunanıstanla Bolqarıstan arasında çəkiləcək 240 milyon avro dəyərinə malik boru kəmərinin 2020-ci ilin sonunadək hazır olacağı nəzərə tutulurdu. Belə ki, Şahdəniz yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan təbii qazın ildə 1 milyard kubmetrinin Bolqarıstana nəql ediləcəyi IGB kəməri TAP layihəsinə qoşulacaq. Bu barədə "Bulgargaz” dövlət şirkəti Şahdəniz konsorsiumu ilə 25 illik müqavilə imzalayıb. Nəticədə Bolqarıstanın təbii qaza ehtiyacının 25-30 faizi ödəniləcək.

Ümumi uzunluğu 182 km, illik ötürmə qabiliyyəti 3-5 milyard kubmetr həcmində olan IGB-nin 150 km-lik hissəsi Bolqarıstan ərazisinə düşür.

Son xəbərlər