Mojo.az Banner
18:33 Dövlət ittihamçısı Hüseyn Həsənova 6 il həbs cəzası istədi  |     18:32 "Space" TV-də yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     18:21 "Bank BTB"nin lisenziyası ləğv edildi  |     18:10 Azərbaycanın U-18 yığması Avropa çempionatının B Divizionunda növbəti matçını keçirib  |     18:04 ƏƏSMN-in xidməti maşınlarının sayı artırıldı - ƏMR  |     17:54 Qazini cərəyan vurub öldürdü  |     17:49 Şamaxıda kişi bıçaqlandı: Oğlu saxlanıldı  |     17:43 Sumqayıt Tibb Mərkəzində direktor vəzifəsini kim icra edir?  |     17:30 150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb  |     17:27 Bakı Qızlar Universitetinin bağlanmasının pərdəarxası: Ekspert vacib məqamlara toxundu  |     17:22 Azərbaycanda ağcaqanadlardan infeksiya yayılır?  |     17:20 "Malaysia Airlines"ın pilotu İndoneziyada narkotiklə saxlanılıb: Onu ölüm cəzası gözləyir  |     15:04 Fars körfəzindən fasiləsiz tədarük neftin qiymətinə necə təsir edir?  |     14:06 Bu marşrutdan istifadə edənlərin diqqətinə: Avtobuslar dəyişdirilir  |     13:56 Temperatur yenidən yüksəlir: sabah isti olacaq  |     13:38 Ağcabədidə itkin düşən şəxsin avtomobili su kanalında tapıldı  |     13:01 Lənkəranda itkin düşən kişinin meyiti kanalda tapıldı  |     12:45 UEFA əmsallar cədvəli: Uğursuz nəticələrdən sonra Azərbaycanın mövqeyi dəyişmədi  |     12:43 Sadır Japarov: "Qırğızıstan ilə Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir"  |     12:37 Azərbaycan nefti BAHALAŞIB  |    
Left Banner
Right Banner

TANAP vasitəsilə sınaq qaz tədarükü başladı

15.04.2019 22:53 2 868
TANAP vasitəsilə sınaq qaz tədarükü başladı
"Cənub Qaz Dəhlii" layihəsinin bir hissəsi olan Trans-Anadolu qaz kəmərinin (TANAP) 1-ci mərhələsi çərçivəsində sınaq qaz tədarükü başlayıb.

Median.Az
-ın məlumatına görə, bu barədə Trend-ə TANAP konsorsiumundan mənbə bildirib.

Konsorsiumdan deyilib ki, bu, sistemin sınaqdan keçirilməsi üçün istifadə olunacaq təbii qazdır: "Təbii qazın kommersiya tədarükü Transadriatik qaz kəməri (TAP) qazı qəbul etməyə hazır olduqdan sonra başlayacaq. TANAP bütün mərhələlərdə hazırdır, lakin TAP hazır olmayana qədər qazın Avropaya kommersiya tədarükü mümükün deyil".

Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.

İyunun 12-də Türkiyənin Əskişəhərdə TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək.скачать dle 11.3
Mojo.az Banner