Mojo.az Banner
23:38 Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə təxribatın qarşısını aldılar - Video  |     23:23 Azərbaycan 7 milyardlıq yardım layihəsində iştirak etmir - Hikmət Hacıyevdən açıqlama  |     23:21 Paris məhkəməsi Qənimət Zahidi suçlu saydı: Çingiz Qənizadəyə təzminat ödəyəcək  |     23:00 IMF Azərbaycana inflyasiya risklərinin monitorinqini tövsiyə edir  |     22:55 Gəncədə 38 yaşlı kişini bıçaqladılar  |     22:48 Nikol Kidman varlı iş adamı ilə romantik münasibətdə şübhəli bilinir  |     22:42 Ucarın 11 kəndi qazsız qaldı: "Yemək bişirə, çay qızdıra bilmirik" - Video  |     22:35 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:27 Azərbaycanın iki rayonunda GÜCLÜ YANĞIN başlayıb (YENİLƏNİB)  |     22:24 Bakıdan Laçına birbaşa avtobus reysi açılır - Video  |     22:22 Beş ölkə Qəzzaya qoşun göndərməyə razılıq verib  |     22:10 "Alara İnn Hostel Baku"da müştərinin pulu oğurlandı  |     22:04 Avropa "Visa" və "Mastercard"a qarşı "müharibə" elan edir: Rəqəmsal avro nə vaxt çıxacaq?  |     21:59 İlk dəfə: İki azərbaycanlı Britaniyanın fəxri mükafatına layiq görüldü (VİDEO)  |     21:51 Şənbə-bazar işləyənlər əlavə nə qədər pul almalıdır? - MƏBLƏĞ  |     21:45 Azərbaycan millisi Rusiyaya 7 qolla uduzdu  |     21:38 Niyə bəzi kreditlər daha yüksək faizlə təklif olunur?  |     21:33 AFFA 1 milyon maaşa milliyə əcnəbi məşqçi gətirir  |     21:26 Epşteyn işi: Britaniya polisi keçmiş şahzadə Endryunu həbs etdi  |     21:21 "Coca-Cola"nın Azərbaycandakı zavodunda yoxlama olacaq  |    
Left Banner
Right Banner

TANAP vasitəsilə sınaq qaz tədarükünün detalları açıqlanıb

06.04.2019 22:43 2 030
TANAP vasitəsilə sınaq qaz tədarükünün detalları açıqlanıb
Trans-Anadolu qaz kəmərinin (TANAP) 1-ci mərhələsi çərçivəsində sınaq tədarükünün başlanmasına qədər son yoxlamalar keçirilir.

Bu barədə Trend-ə TANAP konsorsiumundan bildiriblər.

Konsorsiumdan deyilib ki, boru kəmərinin Əskişəhərdən Yunanıstan sərhədinədək olan hissəsinin qazla doldurulması iyunun sonunadək başa çatacaq.

Qeyd olunub ki, ilkin olaraq 40 milyon kubmetr qaz nəql olunacaq, daha sonra nəqliyyat həcmi 85 milyon kubmetrədək artacaq:

"Qaz həcmləri TANAP-da qalacaq, çünki bu kəmər hələlik Trans-Adriatik qaz kəmərinə qoşulmayıb".

Bir müddət əvvəl TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol TANAP-ın birinci mərhələsi çərçivəsində sınaq tədarükünün 2019-cu il aprelin 15-də başlayacağını bildirmişdi.

Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.

İyunun 12-də Türkiyənin Əskişəhərdə TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək.скачать dle 11.3
Mojo.az Banner