Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Səltuk Düzyol: "TANAP istismara veriləndən Türkiyə və Avropaya 77,6 milyard kubmetr qaz tədarük edilib"

04.04.2025 21:11 849
Səltuk Düzyol:

Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) kommersiya fəaliyyətinə başladığı gündən Türkiyə və Avropaya ümumilikdə 77,6 milyard kubmetr qaz tədarük edilib.

Report xəbər verir ki, bu barədə “TANAP A.Ş.” konsorsiumunun baş direktoru Saltuk Düzyol Cənub Qaz Dəhlizi və Yaşıl Enerji üzrə Məşvərət şuraları çərçivəsində Bakıda keçirilən nazirlərin görüşləri zamanı bildirib.

O vurğulayıb ki, TANAP Cənub Qaz Dəhlizinin mühüm halqasıdır, sistemin ən uzun (3 500 km) və diametrinə görə ən geniş hissəsidir.

“TANAP 2018-ci il iyunun 30-dan, boru kəməri kommersiya istismarına verildiyi gündən etibarlı və təhlükəsiz şəkildə işləyir. 30 iyun 2020-ci ildə illik tədarük həcmi 5,7 milyard kubmetr olmaqla pilot istismara başlanılıb. Bu günə qədər Türkiyəyə 32,2 milyard kubmetr qaz tədarük edilib ki, bunun da 6 milyardı çevik qrafik əsasında və nominasiyalar çərçivəsində reallaşıb”, - S.Düzyol söyləyib.

Onun sözlərinə görə, Trans-Adriatik Boru Kəmərinin (TAP) istifadəyə verilməsi ilə, 2020-ci il dekabrın 31-də Avropaya qazın kommersiya tədarükünə başlanılıb.
“Avropaya ixracın pilot mərhələsi 2022-ci il yanvarın 1-dən başlayıb. O vaxtdan bəri TAP vasitəsilə hər il 10,5 milyard kubmetr qaz tədarük edilib. Avropaya tədarükün ümumi həcmi 45,38 milyard kubmetrə çatıb ki, bunun da 4,4 milyardı çevik qrafik əsasında və nominasiyalar çərçivəsində reallaşıb”, - S. Düzyol vurğulayıb.
скачать dle 11.3
Mojo.az Banner