Mojo.az Banner
17:44 Leysan, dolu və qar gözlənilir - Xəbərdarlıq  |     17:36 Bakıda kişi arvadını dişlədi, tava ilə döydü  |     17:28 Sabiq idarə rəisinin məhkəməsində şahidlər hansı faktları açıqladılar?  |     17:09 Müəllimləri hansı böyük dəyişikliklər gözləyir? – təhsillə bağlı diqqətçəkən AÇIQLAMA  |     17:01 Pulsuz hüquqi yardımdan əsassız imtina qadağan edilir  |     16:51 Azərbaycanda əlavə iş yerləri yaradılacaq  |     16:27 Mingəçevirdə qadın bıçaqlandı - Əri tutuldu  |     16:26 Gürcüstanda azərbaycanlı qətlə yetirildi  |     16:13 Abşeronda yaşayış binasında partlayışa dezodorant səbəb olubmuş - Təfərrüat - Video  |     16:05 Alim Qasımovla Pünhan Piriyev arasında 15 minlik qalmaqal  |     16:04 Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır  |     15:48 Qızılın qiyməti bu qədər ucuzlaşdı – Şad XƏBƏR  |     15:46 Rusiyada vəba siqnalı: Azərbaycana keçə bilərmi? — Nələri bilməliyik?  |     15:28 Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı  |     13:50 Yeni dünya çempionumuz Əhməd Yusifov böyük zəfərindən danışdı  |     13:41 Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana qayıdıb  |     13:36 1 saatlıq bilet al, həm metroya min, həm avtobusa – Yeni təklif  |     13:18 Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı  |     13:17 İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?  |     12:52 Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi təsdiqlədi

27.01.2021 13:44 3 315
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi təsdiqlədi
Yunanıstan parlamenti Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisinə icazə verən qanun layihəsini ratifikasiya edib.

IGB qaz boru kəmərinin Yunanıstanın Komotini bölgəsindəki və Bolqarıstanın cənubundakı Stara Zagora bölgəsindəki çıxış nöqtələri Yunanıstan və Bolqarıstan milli təbii qaz sistemləri arasında birbaşa əlaqə yaradır.

Sazişə qaz kəmərinin çəkilişi və layihə başa çatdıqdan sonra qazın nəqli üçün qarşılıqlı öhdəliklər, eləcə də, layihənin vergi statusu və mənfəətin bölüşdürülməsi ilə bağlı məsələlər də daxil edilib.

Bildirilib ki, IGB qaz kəmərinin uzunluğu 182 kilometrdir, bunun 151 kilometri Bolqarıstandan, 31 kilometri isə Yunanıstandan keçir.

Yunanıstanın Energetika naziri Kostas Skrekasın sözlərinə görə, layihənın 52 faizi icra olunub. Onun 2021-ci ilin sonuna qədər tamamlanması gözlənilir.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru Azərbaycanın “Şahdəniz-2” yatağından hasil ediləcək təbii qazı Bolqarıstana çatdıracaq.

185 kilometrlik boru kəməri Yunanıstandan Bolqarıstana ildə təxminən 3 milyard kubmetr təbii qaz nəqli qabiliyyətinə malikdir və gələcək bazar tələbatına əsasən bu həcmin illik 5 milyard kubmetrə çatdırılması imkanı var.

2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alışı ilə bağlı 25 illik saziş imzalayıb. Bununla da, Azərbaycan qazı Bolqarıstanın istehlakının 1/4 hissəsini ödəyəcək.скачать dle 11.3
Mojo.az Banner