Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Yunanıstan – Bolqarıstan qaz kəmərinin tikintisi yubanır

26.05.2021 21:07 1 002
Yunanıstan – Bolqarıstan qaz kəmərinin tikintisi yubanır
Tikintisi yubanan Yunanıstan – Bolqarıstan qaz kəməri (IGB) 2022-ci ilin iyun ayından tez istismara verilməyəcək.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə layihənin operatoru Boqarıstanın İCGB şirkəti bildirib:

“Koronavirus pandemiyası, habelə Bolqarıstan ərazisində bəndin altından tikinti üçün ekoloji rəy almaq zərurəti IGB layihəsinin icrasında yubanmaya səbəb oldu”.

Qeyd edək ki, Yunanıstanla Bolqarıstan arasında çəkiləcək 240 milyon avro dəyərinə malik boru kəmərinin 2020-ci ilin sonunadək hazır olacağı nəzərə tutulurdu.

Belə ki, Şahdəniz yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan təbii qazın ildə 1 milyard kubmetrinin Bolqarıstana nəql ediləcəyi IGB kəməri TAP layihəsinə qoşulacaq. Bu barədə “Bulgargaz” dövlət şirkəti Şahdəniz konsorsiumu ilə 25 illik müqavilə imzalayıb. Nəticədə Bolqarıstanın təbii qaza ehtiyacının 25-30 faizi ödəniləcək.

Ümumi uzunluğu 182 km, illik ötürmə qabiliyyəti 3-5 milyard kubmetr həcmində olan IGB-nin 150 km-lik hissəsi Bolqarıstan ərazisinə düşür.

Son xəbərlər