Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:44 Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat | 13:41 Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək | 12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA | 12:14 İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat | 12:03 Alyona Əliyeva: "Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!" | 11:59 Göygöldə evdən qadın meyiti tapıldı | 11:51 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Polis şübhəli şəxsi saxladı | 11:38 Azərbaycan nümayəndələri Ermənistana getdilər | 11:36 Azərbaycanda xroniki miyeloid leykoz ən çox bu bölgələrdə qeydə alınır | 11:31 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi | 11:17 ADSEA-nın fəaliyyətində nöqsanlar aşkarlandı | 23:59 "Sabah" "Barselona"ya məğlub oldu | 21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı |
Mojo.az Avto
Mojo.az Avto

“Kolorit” kafesində nöqsanlar aşkarlandı - TAM SİYAHI

22.05.2021 21:27 936
“Kolorit” kafesində nöqsanlar aşkarlandı - TAM SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 453 ictimai iaşə obyektində 768 monitorinq keçirib.

AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal rayonu‎, Zahid Xəlilov küç., ev 53 ünvanında yerləşən, fiziki şəxs Əkbərli Elçin Akif oğluna məxsus “Yoshi Sushi” restoranı;

2. Bakı şəhəri, Yasamal rayonu‎, Naxçıvani küç., ev 9 , 615 ci məhəlləsində yerləşən, fiziki şəxs Abdullayev Bəylər Samir oğluna məxsus “La Maison” restoranı;

3. Bakı şəhəri, Səbail rayonu‎, Tağıyev küç., ev 19 ünvanında yerləşən, hüquqi şəxs "Gala" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;

4. Bakı şəhəri, Sabunçu rayonu‎, Ramanı Bünyadzadə küçəsində yerləşən, fiziki şəxs Qurbanov Cavidə məxsus kafe;

5. Bakı şəhəri, Nəsimi rayonu‎, Həsən Əliyev küç.999 m ünvanında yerləşən, fiziki şəxs Ağayev İlqar Hüseyn oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nəsimi rayonu‎, Səməd Vurğun ev. 138 ünvanında yerləşən, fiziki şəxs Daşdıyev Orxan məxsus “Səbət” dönər evi;

7. Bakı şəhəri, Nəsimi rayonu‎, Nizami küç., ev 83a ünvanında yerləşən, fiziki şəxs Çoban Samed Batuhan oğluna məxsus “Kolorit” kafesi;

8. Bakı şəhəri, Xətai rayonu‎, Gəncə pr., ev 34 ünvanında yerləşən, fiziki şəxs Axundova Sevinc Elçin qızına məxsus dönər evi;

9. Bakı şəhəri, Xətai rayonu‎, Gəncə pr., ev 2 ünvanında yerləşən, fiziki şəxs Eyyubov Cahangir Etibar oğluna məxsus “El Chako” restoranı;

10. Sumqayıt şəhəri, 9-cu mkr. ünvanında yerləşən, fiziki şəxs Süleymanov Telman Eldar oğluna məxsus "041" pub;

11. Salyan rayonu, Bakı-Astara yolu 134 km ünvanında yerləşən, fiziki şəxs Bağırova Gülşən Oqtay qızına məxsus kafe;

12. Salyan rayonu, Avtovağzal ərazisində yerləşən, fiziki şəxs Hacıyev Ramel Qılman oğluna məxsus kafe;

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindənrespublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Son xəbərlər