Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:52 İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib | 12:50 Süni intellekt şagirdin əvəzinə düşünməməlidir – Açıqlama | 12:41 Bakıda 37 yaşlı qadın faciəli şəkildə öldü | 12:32 Uşaq pulunun verilməsinə mane olan nədir? – AÇIQLAMA | 12:23 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat | 12:13 Bu rüsum 4 dəfə azaldılır | 11:48 Viski içib maşın sürdü, 7 yaşlı uşağı vurub öldürdü - Təfərrüat | 11:47 Bir cihazdan müxtəlif bank hesablarına giriş mümkün olmayacaq | 11:46 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib | 11:45 Gümüş kəskin ucuzlaşdı | 11:44 Bir nəfərin öldüyü, üç nəfərin yaralandığı dava ilə bağlı şikayət verildi | 11:43 Lənkəranın yeddi kəndində elektrik enerjisinin verilişi müvəqqəti dayandırıldı | 11:42 Analiz vermək adı ilə xəstəxanada keçmiş arvadını öldürən şəxsin işi Ali Məhkəmədə | 11:42 Azərbaycan nefti bahalaşıb | 11:41 Qubada qadını vurub öldürən sürücü tutuldu | 11:40 Çempionlar Liqasında bu gün hansı oyunlar var? - TƏQVİM | 11:34 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb | 11:32 Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi | 11:25 Azərbaycanda bir neçə zabit milyonyarımlıq yeyintidə ittiham olunur | 11:24 400 tondan artıq təhlükəli toyuq əti - 3 nəfər məsuliyyətə cəlb olunub |
Mojo.az Avto
Mojo.az Avto

Ramin Musayev "Neftçi" - "Qarabağ" matçından danışdı, azarkeşlərdən üzr istədi

17.05.2021 20:29 1 260
Ramin Musayev
"Çempionatla bağlı gərgin nəsə görmürəm. Ancaq Premyer Liqamız maraqlı keçir və şükürlər olsun ki, maraqlı da bitəcək".

"Report"un məlumatına görə, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərə açıqlamasında Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu barədə danışarkən deyib.

O, həm qızıl, həm də bürünc medal üçün mübarizənin hələ də davam etdiyini xatırladıb: "Bu da çempionatın ədalətli keçməsindən xəbər verir. Güclü tərəf qalıb gəlsin. Vacib olan odur ki, bizi Çempionlar Liqasında və avrokuboklarda təmsil edən komandalar əvvəlki kimi azarkeşləri sevindirsin".

Musayev qarşılaşma haqqında proqnoz vermək istəmədiyini söyləyib: "Bu, futboldur. Stadion düz, top isə yumrudur. Kim güclüdürsə, o da qalib gələcək. Sözsüz ki, maraqlı oyun olacaq. Azarkeşlərdən üzr istəyirəm. Biz onlara tribunadan matçı izləməyə şərait yarada bilmirik. Ancaq televiziya vasitəsi ilə baxacaqlar. Məcburuq, biz bu yola getməliyik. İnsanların vəziyyətini düşünməliyik. Koronavirus bütün dünya üçün bəladır. Hamımız buna qalib gəlmək üçün lazım olan addımları atmalıyıq. Bu səbəbdən, bu mövsüm üzrlü saysınlar. İnanıram ki, növbəti mövsümdə hər şey daha yaxşı olacaq".

PFL rəhbəri Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 1-dək karantini uzatdığını xatırladıb: "Sizlərin vasitəsilə həmin qurumlara minnətdarlığımızı bildiririk ki, ən azından çempionatı keçirməyə imkan verdilər və maraqlı çempionat alınıb".

Musayev "yeni mövsümdən Azərbaycan Premyer Liqasında daha çox komanda iştirak edə bilərmi?" sualına isə belə cavab verib: "Həyatda hər şey ola bilər. Düşünürəm ki, əgər I Divizion təmsilçiləri lisenziya ilə bağlı göstəricilərə əməl etsəydilər, nəsə iş görmək mümkün idi. Bir dəfə mənə sual verdilər ki, Ramin müəllim, "Xəzər Lənkəran" komandası qayıtsa, onlar hansı çempionatdan başlayacaqlar? I Divizionda, ya əsas dəstədə? Mən dedim ki, qanunla I Diviziondan başlamalıdır. Ancaq mən o öhdəliyi öz üzərimə götürürəm, qanun pozuntusuna yol verərəm, ancaq kömək edərəm ki, "Xəzər Lənkəran" mübarizəyə Premyer Liqadan başlasın. Təki klublarımıza normal sponsor tapılsın. Yəqin ki, ondan sonra nəsə əldə etmək olar. "Xəzər Lənkəran" qayıtsa, Premyer Liqada olacaq. Həmişə sözümüz qüvvədədir".

Qeyd edək ki, mayın 19-da keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu saat 20:30-da start götürəcək.

Son xəbərlər