Mojo.az Banner
20:27 Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi  |     20:22 "Bugünkü imkan sabah olmaya bilər" - Ev almaq istəyənlər nə etməlidir?  |     20:14 Həbsdən çıxıb bibisinin evinə basqın etdi  |     20:09 "Google" milyonlarla Android telefonunda Android Auto-nu dayandıra bilər  |     20:03 Sumqayıtda bakomatdan pul çıxarmaq istəyən qadınının pulu necə oğurlandı?  |     19:55 50 yaşadək insanlarda xərçəng halları kəskin artır - Səbəblər açıqlandı  |     19:50 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub  |     19:43 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq  |     19:37 Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur  |     19:30 Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi  |     19:25 Sabah Azərbaycanda intensiv yağış yağacaq  |     19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |     19:11 "Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO  |     19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |     18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |    
Mojo.az Avto
Mojo.az Avto

“Qarabağ” “Neftçi” fanatları üçün biletin qiymətini açıqladı

13.09.2019 20:53 3 413
“Qarabağ” “Neftçi” fanatları üçün biletin qiymətini açıqladı
"Qarabağ" klubu bu həftənin bazar günü "Neftçi"yə qarşı keçiriləcək Azərbaycan Premyer Liqasının 4-cü turuna biletin qiymətini müəyyənləşdirib.

Median.Az
xəbər verir ki, klubun direktoru Əmrah Çelikel Qol.az saytına açıqlamasında əvvəlcə "Neftçi" ilə oyunun biletlərinin 51 manat olacağı ilə bağlı son günlər mətbuatda yayılan xəbərlərə münasibət bildirilib. O, bununla bağlı məlumatların həqiqətə uyğun olmadığını söyləyib: "Bizim bilet söhbəti, azarkeşlərin stadiona gəlişinin qarşısını almaqla gündəmə gəlmək fikrimiz yoxdur. Hamı bilir ki, futbol azarkeşlər üçün oynanılır. Stadiona nə qədər çox azarkeş gəlsə, Azərbaycan futbolu üçün o qədər yaxşı olar".

Klub rəsmisi əvvəlki Premyer Liqanın digər matçlarında olduğu kimi, "Neftçi" ilə görüşdə də biletin qiymətinin 1 manat olacağını söyləyib.

Xatırladaq ki, ötən mövsümün son turunda "Neftçi" "Qarabağ"la "Bakcell Arena"dakı oyun üçün bilet matç günü gözlənilmədən 50 manata qaldırmışdı.

Əlavə edək ki, Premyer Liqanın 4-cü turunun "Qarabağ" - "Neftçi" görüşü sentyabrın 15-i, saat 20.30-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.скачать dle 11.3
Mojo.az Banner